
AgahMedia.Com informasiya portalının məlumatına görə, Avropanın aşağı büdcəli ucuşlar təşkil etməkdə məşhur olan «Ryanair» avia şirkəti artıq Gürcüstandan da uçacaq.
Uçuşlara bu ilin noyabrından start veriləcək və həftədə 4 dəfə təşkil ediləcək.
Şirkətin Milana, Boloniyaya və Marselə olmaqla 12 istiqamətə uçuşlar həyata keçirəcəyi bildirilir.
Tbilisi və Kutaisidən təşkil ediləcək reyslərdə bir tərəfə cəmi 20 avrodan da aşağı qiymətlərə aviabilet almaq mümkün olacaq.