Home » Beynəlxalq, Maraqlı, Texno, Ümumi » Avropa İttifaqı dünyada ən güclü lazerin yaradılmasına start verir

Avropa İttifaqı dünyada ən güclü lazerin yaradılmasına start verir

Avropa İttifaqı dünyada ən güclü lazerin yaradılmasına təqribən 700 milyon avro (900 milyon dollar) xərcləyəcək. Bu texnologiya nüvə texnologiyalarını məhv etməyə imkan verəcək və xərçəngin yeni müalicə formalarına yol açacaq.
AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, Avropa Regional Siyasət Komissiyasını təmsil edən Şirin Uiler bildiribki, Extreme Light Infrastructure (ELI) adlı layihə Çexiya Respublikasında və Rumıniyada iki lazer yaradılması üçün vəsait alıb. Üçüncü tədqiqat mərkəzi Macarıstanda yerləşəcəkdir.
Layihənin rumın əlaqələndiricisi Nikola-Viktor Zamfir demişdir ki, bu lazerlər indiyədək yaradılmış lazerlərdən 10 dəfə güclüdür və Kainatın yaranışı zamanı baş vermiş prosesləri təkrarlamağa, vakuumda subatom hissəciklər yaratmağa qadirdir. Nəticədə işıq şüalarının gücündən nüvə tullantılarını cəmi bir neçə saniyəyə radioaktivlikdən zərərsizləşdirmək, habelə xərçəng şişlərindən azad olmaq üçün istifadə etmək mümkün olacaqdır.
Zamfir demişdir: “Təbiətdə bu lazerin malik olduğu belə çox güclü fenomenlərə rast gəlmək mümkün deyildir. Mərkəzimiz işə salındıqdan bir-iki il sonra tədqiqatlarımızın ilk nəticələrini əldə edəcəyimizi gözləyirik”.
Rumıniya lazerinin yerləşəcəyi Mequrel Tədqiqat Mərkəzi təqribən 10 meqavatt enerji istehlak edəcəkdir ki, bu da ABŞ-ın təqribən 2500 orta ev təsərrüfatının enerji ehtiyaclarını ödəməyə kifayət edər. Enerjinin çox hissəsi 2017-ci ildə lazerin buraxılacağı həmin yerdə quraşdırılmış geotermal istilik nasoslarının köməyi ilə hasil ediləcəkdir.
Bu tədqiqat da adronoterapiya adlanan xərçəng radioterapiyası prinsiplərinə əsaslanacaqdır. Bu müalicə dərin kök salmış şişləri məhv etməyə və yeni şişlərin yaranması riskini azaltmağa imkan verəcəkdir.
Bu lazer texnologiyasından nüvə tullantılarının radioaktivlikdən azad edilməsinə tələb olunan vaxtın bir neçə min ildən bir neçə saniyəyədək azaldılması üçün istifadə oluna bilər. Bu, tullantıların yüzilliklər boyu qaldığı yeraltı anbarlar tikmək zərurətini aradan qaldıracaqdır.
Aİ layihəni keçmiş kommunist bloku ölkələrində elmi dəstəkləmək üçün Şərqi Avropa ölkələrində həyata keçirməyə hazırlaşır.
Bu layihədən sonra daha güclü lazer yaradılacaq və bu üç ölkədən birində, yaxud Birləşmiş Krallıqda yerləşdiriləcəkdir. Bu lazer ELI-Ultra High Field Facility adlandırılacaq və onun enerjisi 200 petavatta çatacaqdır ki, bu da dünya elektrik şəbəkəsinin gücündən 100 000 dəfə çoxdur.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*