Avropa Birliyi Dağlıq Qarabağın Azərbaycana aid olduğunu növbəti dəfə təsdiq etdi
|
|
Avropa Birliyi Dağlıq Qarabağın Azərbaycana aid olduğunu növbəti dəfə təsdiq edib. Avropa Parlamentinin rəsmi saytında yer almış bəyanatda deyilir: “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində erməni əhalisinin əksəriyyət təşkil etdiyi ərazidir”. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, bəyanatda Avropa Parlamentinin sədri İrji Buzekin Bakıya səfəri zamanı dediyi sözlərdən də sitat gətirilir: “Görüşlər zamanı mən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü vurğuladım. Bildirdim ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində və Madrid prinsipləri əsasında sülh yolu ilə həllinə dair səyləri dəstəkləyir”.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒