Dəyərli Türkiyə Sevdalıları, Bayramınız Mübarək!

   MURAD SÜLEYMAN, AgahMedia.Com Portalının Baş Redaktoru                                      AgahMedia.Com Portalının yetkilisi olaraq bir daha bəyan edirəm ki, Türkiyə bizim üçün hər zaman müqəddəs olmuşdur.Bu indi də belədir və bundan sonra da belə olacaqdır. Bugün Azərbaycan Türkləri olaraq biz də,Türkiyəmizin Cumhuriyyət Günü Bayramının sevincini, qürurunu və mutluluğunu yaşamaqdayız. Aramızı vurmaq istəyən soysuzlara isə bəyanımız bu: Azərbaycan-Türkiyə qardaşlığı …

Ən çox pul qazanan futbolçu Runi oldu

İngiltərə milli komandasının və “Mançester Yunayted” klubunun hücumçusu Ueyn Runi dünyanın ən ödənişli futbolçularının siyahısında liderliyi ələ alıb. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, bir neçə gün öncə “qırmızı şeytanlar”la 5 illik müqavilə bağlayan Runi hər mövsümü üçün 18 milyon dollardan çox əmək haqqı alacaq. Bu, Portuqaliya yığmasının və İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Kriştianu …

Latın Amerikası ölkələri tiryək əleyhinə birləşdilər

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Narkotik alverinə qarşı mübarizə aparan Latın Amerikası ölkələrinin liderləri Kaliforniya seçicilərini tiryək barədə qanunu rədd etməyə çağırıblar. Kolumbiya, Meksika və Kosta Rika prezidentləri bildiriblər ki, Kaliforniyada tiryəkin legallaşdırılması bölgə ölkələrinə yanlış mesaj verəcək. Bir neçə gündən sonra Kaliforniyada təryəkin istifadəsini qanuniləşdirən bir təklif səsverməyə çıxarılmalıdır. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına …

Yerevanda iki şəxs Azərbaycana casusluqda məhkum edildi

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Yerevan şəhəri Avan və Nork-Maraş rayonları ümumi yurisdiksiya məhkəməsi Ermənistan vətəndaşı Qevorq Hayrapetyana qarşı vətənə xəyanət və İran vətəndaşı Bəhnam Bağeri ilə birlikdə Azərbaycan üçün casusluq ittihamı ilə hökmünü elan edib. Qevorq Hayrapetyan 12, Bəhnam Bağeri 10 il müddətinə həbsə məhkum ediliblər.Bağlı qapılar arxasında keçən məhkəmə prosesindən sonra məhkəmənin qərarı …

“Qızıl top”a namizədlərin adları açıqlandı

FİFA və “France Football” jurnalı 2010-cu ilin yekunlarına əsasən, ən yaxşı futbolçu üçün nəzərdə tutulan “Qızıl top” mükafatına namizədlərin siyahısını açıqlayıb. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, siyahıda yer alan 23 oyunçudan 7-si İspaniya milli komandasında çıxış edir. 2010-cu ilədək “Qızıl top”u “France Football” verib. FİFA isə öz versiyasına əsasən, dünyanın ən yaxşısını müəyyənləşdirib …

Madonnanın yeni biznesi

“Los Angeles Times” qəzetinin musiqi bloqunda xəbər verilir ki, Madonna fitnes- mərkəzləri şəbəkəsi açmaq niyyətindədir. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, Birləşmiş idman sağlamlıq klubları şəbəkəsi “Hard Candy” (Karamel) adlanacaq. “Hard Candy” pop-müğənninin 2008-ci ildə buraxılmış 11-ci studiya albomunun adıdır. Klublarda interyerindən tutmuş məşğələlər üçün musiqilərin seçiminədək hər şey Madonnanın zövgünü əks etdirməlidir. Gözlənildiyinə …

Tariq Əziz edama məhkum olundu

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Səddam Hüseynin hakimiyyəti dövründə İraqın beynəlxalq aləmlə əsas təmas siması olmuş Tariq Əziz İraqın Ali Məhkəməsi tərəfindən ölüm cəzasına məhkum olunub. O, dini partiyaların təqibi ilə bağlı günahkar bilinib. Əziz Səddam Hüseynə yaxın müşavir, xarici işlər naziri və baş nazirin müavini vəzifələrində çalışıb. Bundan əvvəl o onlarla tacirin möhtəkirlik ittihamı …

Parlament seçkilərini izləmək üçün 581 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. AgahMedia.Com portalının “SƏS” agentliyinə istinadən məlumatına görə, iclasda ilk olaraq səlahiyyətli nümayəndələrin və vəkil edilmiş şəxslərin qeydiyyatı məsələsinə baxılıb. Daha sonra 2010-cu il noyabrın 7-nə təyin olunmuş Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar fərdi namizədlərdən, blok və partiyalardan namizədliyini irəli sürən şəxslərin müraciətlərinə də baxılıb və müvafiq …

740 min dollarlıq telefon nömrəsi

Küveytdə 555 55555 mobil telefon nömrəsi 740 min dollara satılıb. AgahMedia.Com portalının “SƏS” agentliyinə istinadən məlumatına görə, telefon nömrəsi müştərilərin çox olduğu otellərdən birində auksiona çıxarılıb. Auksionu GSM operatorlarından biri təşkil edib.Əvvəllər Küveytdə təşkil olunan auksionda 9000 0000 telefon nömrəsi 413 min dollara satılıb. Təbii ehtiyatlarla zəngin körfəz ölkərindən Qətərdə isə 2006-cı ilin mayında 666 …

UEFA korrupsiya ittihamlırını sübut etməyi tələb etdi

UEFA Ukrayna və Polşanın 2012-ci il Avropa futbol çempionatını keçirməyə korrupsiya yolu ilə nail olmalarına dair ittihamlara sübut tələb edib. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Kiprdən yüksək rütbəli futbol rəsmisi bu barədə iddialarını Alman qəzetinə bildirib. Spyros Maranqos deyib ki, səsvermə saxtalaşdırılıb. Ukrayna və Polşanın Avro 2012-ci il çempionatını keçirmək hüququ qazanması sürpriz bir seçim …

ABŞ-da magistr təhsili almaq istəyənlər üçün Lənkəranda tədbir keçirildi

AgahMedia.Com portalının “SƏS” agentliyinə istinadən məlumatına görə, Lənkəran İcma Məlumat Mərkəzində Amerikada magistr təhsili almaq istəyən gənclər üçün “Edmund S . Muskie Mubadilə Proqramı (Muskie)” çərçivəsində tədbir keçirilib. Proqramın icraçısı Nərgiz Hacıyeva əsas məqsədin iştirakçıları bu proqram barədə məlumatlandırmaqdan ibarət olduğunu bildirib. Sonra N. Hacıyeva proqramın əhatə edəcəyi təhsil sahələri, proqramın müddəti və növü, proqrama …

Britaniyada buxarla işləyən kompyuter yaratmaq istəyirlər

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Britaniyada bu təklifin 1600-dən çox tərəfdarı onu gerçəkləşdirmək üçün artıq lazım olan vəsaitin toplanması kampaniyasına baş vurub. İlk dəfə belə bir buxarla işləyən kompyuterin yaradılması fikri 1837-ci ildə ortaya çıxmışdı. İdeyanın müəllifi İngiltərə mühəndisi Çarlz Bəbic (Charles Babbage) analitik mühərrik yaratmaq əzmində idi. Bu kompyuterin ayrı-ayrı hissələri 173 il bundan …

Qarabağdakı monitorinq Ermənistanın hakim dairələrini təşvişə saldı

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Minsk Qrupu həmsədrlərinin Qarabağ ətrafında erməni qüvvələrinin nəzarəti altında olan ərazilərdə monitorinqlə bağlı bəyanatı Ermənistanın hakim koalisiya partiyalarının narazılığını doğurub. Ermənistan Respublikaçılar Partiyasının təmsilçisi bəyanatda “Dağlıq Qarabağı əhatə edən işğal edilmiş ərazilər” ifadənin qəbuledilməz olduğunu bildirib. Firavan Ermənistan Partiyasının nümayəndəsi Naira Zohrabyan isə deyib ki, bu tərzdə tərtib olunmuş …

Mərkəzi Bankda çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair görüş keçirildi

Mərkəzi Bankın sədri Elman Rüstəmov ABŞ Maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Stüart Livinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, görüş zamanı Azərbaycanla ABŞ arasında çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlıq müzakirə edilmişdir. Görüşdə Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkəmizin ABŞ-la ikitərəfli …

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimov adına müasir lisey-məktəb kompleksi açıldı

Bu gün Biləsuvar şəhərində Mərkəzi Bankın dəstəyi ilə yaradılan Azərbaycan Respublikasıının Milli Qəhramanı Mübariz İbrahimovun adını daşıyan müasir təhsil lisey-məktəb kompleksi açıldı. Açılış mərasimindən əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov və onu müşayiət edənlər Ümummilli Lider Heydər Əliyevin abidəsini və Biləsuvar rayon Şəhidlər Xiyabanını ziyarət etdilər. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, “Beynəlxalq təhsil …

FİFA-ya qarşı ağır korrupsiya ittihamı

FİFA-nın iki nümayəndəsi səslərini 2018-ci ilin Dünya çempionatının ev sahibliyinə iddia edən ölkələrdən birinə satmaq istəyiblər. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, bu sensasion iddia ilə Böyük Britaniyanın “The Sunday Times” qəzeti çıxış edib. Qəzetin məlumatına görə, FİFA İcraiyyə Komitəsinin nigeriyalı üzvü Amos Adamu öz səsini 800 min dollara təklif edib. Qallmaqalın ikinci iştirakçısı-Okeaniya …

Piter Semnebi: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin həddən artıq uzanması region və regiona qonşu ölkələr üçün təhlükə törədir

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi “Kommersant” qəzetinə müsahibədə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi həddən artıq uzanır və region üçün, regiona qonşu ölkələr üçün təhlükə törədir: “Dağlıq Qarabağ münaqişəsinin 40 il ərzində həll edilməməsi faciəvi hal olardı”. Onun sözlərinə görə, münaqişəni həll etmək üçün səyləri artırmaq lazımdır. “Son vaxtlar təmas …