“Eurovision-2010” müsabiqəsinə start verildi

AgahMedia.Com portalının “Radio Antenn”ə istinadən məlumatına görə, dünən keşirilən birinci yarımfinalda 17 ölkənin təmsilçisi-Rusiya, Moldova, Bosniya və Hersoqovina, Estoniya, Finlandiya, Latviya, Serbiya, Slovakiya, Belarus, Albaniya, Belçika, Yunanıstan, İslandiya, Makedoniya, Malta, Polşa, Portuqaliya nümayəndələri çıxış edib.Mayın 27-də keçiriləcək II yarımfinalda isə Azərbaycan, Türkiyə, Ukrayna, Danimarka, İsrail, Litva, İsveç, İsveçrə, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya, Niderland, Rumıniya, …

Maradona: Obelisk abidəsinin ətrafında çılpaq dövrə vuracam

Futbol üzrə Argentina yığmasının baş məşqçisi maraqlı açıqlama ilə yenidən gündəmə gəlib. Baş məşqçi çalışdırdığı kollektivin dünya çempionu olacağı təqdirdə Buenos-Ayresin mərkəzi küçəsində çılpaq qaçacağına söz verib. AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə,“Argentina yığması dünya çempionu olarsa, mən Buenos-Ayresin mərkəzində yerləşən 67 metrlik Obelisk abidəsinin ətrafında çılpaq dövrə vuracam”-deyə Maradona bildirib. Qeyd edək ki, Argentina yığma …

İstanbul-Naxçıvan-İstanbul aviareysi açılır

AgahMedia.Com portalının “AzərTac”-a istinadən məlumatına görə, Naxçıvan Beynəlxalq Hava Limanı ilə “Türk Hava Yolları”nın “Anadolu JET” şirkəti arasında İstanbul-Naxçıvan-İstanbul reysinin açılmasına dair müqavilə imzalanıb.Müqaviləyə əsasən, iyunun 17-dən başlayaraq həftənin çərşənbə, cümə və bazar günlərində sərnişinlər “Türk Hava Yolları”na məxsus təyyarə ilə Naxçıvandan İstanbula və əksinə uça biləcək.Müqaviləni Naxçıvan Beynəlxalq Hava Limanının direktoru İlqar Vəliyev və …

Dünya Bankı Azərbaycana yeni kredit ayırdı

Dünya Bankının (DB) Direktorlar Şurası «Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması – III» layihəsini təsdiq edib.«Dünya Bankı bu layihə üçün Azərbaycana 241,6 mln. ABŞ dolları həcmində kredit ayıracaq ki, vəsaitin 70 mln. dolları DB üzvü olan Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), 171,6 mln. dolları isə DB-nın digər üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) vəsaitləri …

Dünya Bankı ilə tərəfdaşlıq strategiyası müzakirə edildi

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Asad Alamın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.Görüşdə 2011-2014-cü illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanması yolları müzakirə edilmiş, Dünya Bankının mövcud portfelinin icrasının gedişi ilə bağlı məsələlər öz əksini tapmışdır. Görüş zamanı Dünya Bankının Azərbaycan üzrə …

«Həmişəlik Şrek» cizgi filmi satış lideri oldu

AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə,«Həmişəlik Şrek» animasiya filmi Amerikada ilk həftə sonu 71,3 milyon dollarla satış liderliyi əldə edib.3 D formatında çəkilən “Şrek” cizgi filmin dördüncü hissəsi, həftə sonunda, iki həftə liderlik edən “Dəmir adam” filmini siyahının birinci yerindən aşağı endirib.Həftə sonu ABŞ-da filmin kassa yığımı 26,6 milyon dollar təşkil edib.“Dəmir adam” filmin …

Röya solo konsert verəcək

AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, müğənni Röya ad günü ərəfəsində ikigünlük solo konsert verəcək.Müğənni konserti haqqında keçirdiyi mətbuat konfransında ətraflı məlumat verib. Müğənni mətbuat konfransı başlar-başlamaz gecikdiyi üçün köməkçisi Kənanı danlayıb. Müğənni konsertin təşkilatçılığı ilə bağlı sualları əslində Kənanın cavablandırmalı olduğunu vurgulayıb: “Kənan ömrü boyu bütün sualları cababsız qoyur. Məcburam özüm cavab verim”.Müğənni …

Bu il “Eurovison”da əsas favoritlər Azərbaycan və Almaniya sayılır

Mayın 29-da Norveçin paytaxtı Osloda keçiriləcək Eurovison mahnı müsabiqəsində qalib gəlməyə favoritlər Azərbaycan və Almaniyadır.AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, bu haqda dünyanın ən populyar totalizatorlarının nəticələrini ümumiləşdirən online betting guide adlı mərcgəlmə vebsaytı xəbər verib. Azərbaycanı Eurovijn 2010-da təmsil edəcək Səfurə Əlizadənin “Drip Drop” mahnısı onsuz da son altı həftə ərzində müsabiqənin favoriti sayılırdı. …

FİFA 11 metrlik və başqa qaydalara düzəlişlər edib

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, FIFA 11 metrlik cərimə zərbələrinin vurulması qaydalarına düzəliş edib.Yeni qaydalara görə artıq Cənubi Afrikada keçiriləcək futbol çempionatında futbolçunun 11 metrəliyi vurmazdan əvvəl dayanması qadağan olunur. 11 metrlik cərimə zərbəsinə dair yeni qayda iyunun 11-də başlanacaq futbol üzrə dünya çempionatından qüvvədə olacaq. Zərbə endirməzdən əvvəl dayanıb qapıçını çaşdırmaq istəyən futbolçunun …

Fenerbahçe’de dev bütçe

Fenerbahçe Kulübü’nün 29 Mayıs Cumartesi günü yapılacak olağan mali genel kurul toplantısında, 345 milyon liralık bütçe tasarısı üyelerin onayına sunulacak.Sarı-lacivertli kulübün, 310 milyon lira olan 2009 yılı bütçesi, 35 milyon lira artışla 345 milyon liraya yükseltildi. AgahMedia.Com portalının NTV Spor’a istinaden haberine göre,mali genel kurul öncesi üyelere gönderilen 2009 yılı faaliyet raporundaki 2010 yılı bütçe …

Belqorodda ağır rok musiqisinə qadağa…

Rusiya mətbuatına görə, ölkənin mərkəzindəki Belqorod vilayətində ağır rok müsiqi konsertləri yasaq altına düşə bilər. Bəzi yerli məmurlar bu müsiqinin əhalinin mənəvi sağlamlığına təhlükə yaratdığını hesab edirlər. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, hələlik mümkün konsertlər keçirilən klub və restoranlara müvafiq müraciət xahiş formasında göndərilib.Moskvadan təxminən 600 km aralıda yerləşən Belgorod vilayətindəki bəzi məmurlara görə, …

Rəsmi Moskva: Dağlıq Qarabağın statusu danışıqlar nəticəsində müəyyən edilməlidir

AgahMedia.Com portalının BBC -yə istinadən məlumatına görə, Rusiya XIN-in rəsmi nümayəndəsi bu gün Dağlıq Qarabağda seçkilərlə bağlı şərhlə çıxış edib. Rusiya XİN-nin rəsmi nümayəndəsi Andrey Nesternko bildirib ki, “Dağlıq Qarabağın statusu danışıqlar nəticəsində müəyyən edilməlidir”. “Rusiya, eləcə də ABŞ və Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi birgə bəyanatla çıxış ediblər”. Bu bəyanatla ATƏT-in saytında tanış olmaq …

Ən yaxşı imici olan ölkələr…

AgahMedia.Com portalının“İqtisadi forum” jurnalına istinadən məlumatına görə, BBC dünya sosioloji xidmətinin sifarişi əsasında keçirilmiş sorğunun nəticələri açıqlanıb. 28 ölkədə yaşayan 30 min respondent arasında aparılan sorğuda ən yaxşı imici olan məmləkəti müəyyənləşdirmək məqsədi güdülüb.Sorğu aşkara çıxarıb ki, dünyanın ən müsbət imicli ölkəsi Almaniya olub. Bu ölkə respondentlərin 59%-nin müsbət rəyini alıb.Almaniyaya ən çox rəğbət bəsləyən respondentlər …

Yeniliklərlə zirvələrə doğru…

AgahMedia.Com istifadəçilərini bu portaldan daha məmnun etmək üçün çeşidli yeniliklərə imza atdıq. Misiyamızın öhdəsindən daha layiqincə gəlmək üçün zaman-zaman daha mükəmməl yeniliklərə və keyfiyyət göstəricilərinə də imza atacağıq, inşallah. Ola bilsin, bəzi izləyicilərimiz işlərimizdə bəzi ləngliklər hiss edə bilərlər.Fəqət,hər kəsə bir daha agah olsun ki, bu layihəni ortaya qoyandan kimsənin bir quruşunu almadıq,kimsənin siyasi ambisiyasına …

Tokioda bəylə gəlinin nikahını robot kəsdi

AgahMedia.Com portalının BBC -yə istinadən məlumatına görə, Tokioda ilk dəfə nikahı rəsmi qeydiyyatçı qismində robot həyata keçirib. Açıq restoranda keçirilən nikah mərasimində I-Fairy adlı plastmas hörükləri və yanıb-sönən gözləri olan robot bəyə göstəriş veriv ki, fatanı gəlinin üzündən qaldırsın və onu öpsün. Bəy və gəlin Yaponiyanın parlaq robot texnikası sənayesində çalışırlar. Buna görə də, gərara …

FİFA Dünya Çempionatına əlavə vəsait ayırdı

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Futbol üzrə ali qurum olan FİFA bildirib ki, Cənubi Afrikada keçiriləcək Dünya Çempionatı üçün 100 milyon dollar əlavə vəsait ayırıb.Bunda məqsəd oyunların vaxtında başlamasına əmin olmaqdır. Əlavə vəsait çempionatda iştirak edəcək 32 komanda üçün təlim ərazilərinin başa çatdırılmasına xərclənəcək. Müxbirlər deyirlər ki, ilk dəfə Afrikada keçiriləcək Dünya Çempionatı təşkilatçılara …

500-lük avrolar yığışdırılır

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Britaniyada valyutadəyişmə məntəqələrindən 500-lük avro əskinasları yığışdırılıb. Buna səbəb polis təhqiqatının nəticələridir. Təhqiqat göstərib ki, 500-lük avrolardan yalnız bir qayda olaraq cinayətkar məqsədlər üçün istifadə edilir.Britaniyanın Ciddi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Agentliyi (SOCA) bildirir ki, 500-lük avroların 90 faizindən cinayətkar dəstələr, çirkli pul yuyanlar və narkotik alverçilər istifadə edirlər. Agentlik …