Əmanətlər bundan sonra 12%-ə qədər dərəcə ilə sığortalanacaq

Bu gündən etibarən Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) üzvü olan bankların əhalidən cəlb etdiyi əmanətlər illik 12%-ə qədər dərəcə ilə sığortalanacaq.AgahMedia.Com portalının SİA-ya istinadən məlumatına görə, Fondun Himayəçilik Şurasının qərarına müvafiq olaraq iyunun 1-dən etibarən əhalidən illik 12%-dən çox olmayan dərəcə ilə cəlb olunan əmanətlər icbari sığortalanmalıdır. Bundan başqa, 2010-cu il iyunun 1-nə qədər əhalidən daha yüksək …

İctimai TV: “Eurovsion”- bu təkcə musiqi yarışması deyil

Bu ideya 55 il əvvəl İsveçrə televiziyasının direktoru Marsel Bezansonun ağlına gəlmişdi. O, bütün Avropanı birləşdirən bir mahnı yarışması keçirməyi təklif edirdi və bu təklif tez bir zamanda -1955-ci il oktyabrın 19-da Avropa Yayımlar Birliyinin Baş Assambleyasında qəbul edildi. İdeya reallaşdı və uzunömürlü oldu.Eurovision Mahnı Müsabiqəsi ilk dəfə 1956-cı ildə İveçrədə keçirilib və bu yarışma …

Rəsmi Ankaradan İsrailə sərt cavab…

İsrail ordusunun bu gecə Qəzza zolağına humanitar yardım daşıyan 6 gəmidən ibarət donanmaya hücum etməsi iki Türkiyə və İsrail arasındakı münasibətləri gərginləşdirib.Məsələ ilə bağlı Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu sərt bəyanat verib: “İsrail dinc əhalini hədəfə alaraq, insan həyatını və sülh cəhdlərini heçə saydığını bir daha göstərdi. İsrailin bu insanlıqdan kənar davranışını şiddətli şəkildə …

Türkiyə-İsrail böhranı futbola da təsir etdi

Türkiyənin 18 yaşadək futbolçulardan ibarət yığma komandası İsraildən geri çağırılıb. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Türkiyə baş nazirinin müavini və dövlət naziri Bülent Arınç bu gün saat 19:00-da və iyulun 2-də keçirilməli olan İsrail – Türkiyə yoldaşlıq görüşlərinin təxirə salındığını bildirib.Türkiyənin U 18 yığmasının baş məşqçi Kemal Özdeşin başçılığı altında Vətənə dönəcəyi gözlənilir. …

Bahalaşma gözlənilir

AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, Aran bölgəsində baş verən daşqınlar kənd təsərrüfatına ciddi ziyan vurub.Hazırda zərərin miqdarı açıqlanmasa da dövlət qurumları araşdırmaların aparıldığını deyirlər. İlkin məlumata görə, fəlakət təxminən 51 min hektar əkin sahəsini əhatə edib. 21 min 500 hektar taxıl zəmisi, 22 min 200 hektar yonca, 2650 hektar kartof, 2400 hektar tərəvəz, …

Rusiyanın “Zenit” klubu danışılmış oyunlarda ittiham edilir

UEFA 2008-ci ildə Rusiyanın “Zenit” klubunun UEFA kubokunun qazanması faktı ilə bağlı aktiv şəkildə araşdırmalara başlayıb. İspaniya mətbuatının yaydığı məlumata görə, 2008-ci ildə UEFA kubokunun yarımfinal qarşılaşması olan “Bavariya” – “Zenit” və “Zenit” – “Qlazqo Reyncers” final matçının nəticəsinin saxtalaşdırıldığı ehtimal edilir. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, “Bavariya” və “Qlazqo Reyncers” klubunun nümayəndələri ilkin …

Dünya çempionatının oyunlarına biletlərin 96 faizi satılıb

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2010-cu ildə Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına biletlərin 96 faizini satıb. Hazırda 2,88 milyon biletin cəmi 160 mini satılmamış qalır. AgahMedia.Com portalının SİA-ya istinadən məlumatına görə, FİFA-nın baş katibi Cerom Valke deyib: “Məqsədimiz biletlərin satışında 97-98 faiz göstəricisinə nail olmaqdır ki, bu da ötən dəfəki dünya çempionatının …

Səfurə Əlizadə yeni albomunu İsveçdə təqdim edəcək

AgahMedia.Com portalının SİA- istinadən məlumatına görə, Azərbaycanı Norveçin paytaxtı Osloda keçirilən “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edən Səfurə Əlizadə yeni layihəyə imza atacaq.Müğənninin sözlərinə görə, müqavilə imzalamaq üçün o, İsveçə yola düşəcək.İsveçə getməyinin səbəbini açıqlayan S.Əlizadə orada iyunun 18-də yeni hazırlanan albomunun təqdimatı keçiriləcək.Qeyd edək ki, adıçəkilən albomun açılışı Almaniyada baş tutacaq: “Albomun Bakıda da təqdimi …

Azərbaycanlı jurnalist İranda həbs olundu

Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan azərbaycanlı jurnalist Əkbər Azad tutulub. O, 6 gün əvvəl tutulsa da, xəbər yenicə yayılıb.AgahMedia.Com portalının “Mediaforum”-a istinadən məlumatına görə, İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) əməkdaşları mayın 25-i Tehranda Azərbaycan və fars dillərində çıxan “Varlıq” və “Yarpaq” jurnallarının əməkdaşı Əkbər Azadın mənzilinə gələrək onu bilinməz istiqamətə aparıblar. ETTELAAT …

Avropa İttifaqı viza məsələsində Rusiyaya güzəştə gedəcəkmi?

Viza rejiminin yüngülləşdirilməsi Rusiya – Avropa İttifaqının növbəti zirvə toplantısının əsas mövzularındandır. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, rəsmi Moskva bu işdə daha təkidlidir, ancaq Avropa İttifaqı müəyyən tərəddüd göstərir.İttifaqla Rusiya arasında siyasi münasibətlər Cənubi Osetiyadakı müharibədən sonra xeyli gərginləşmişdi, ancaq indi, ekspertlərə görə, iqtisadi böhran qarşılıqlı assıllığı dərinləşdirir. 2 günlük Rusiya – Avropa İttifaqı …

“Eurovision 2010”-un finalını Azərbaycan açacaq

Eurovision 2010 Mahnı Müsabiqəsinin ikinci yarımfinalı yekunlaşdıqdan sonra finala adlamış ölkələrin nümayəndə heyətləri mətbuat konfransı keçirdiib.AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, ilk olaraq Gürcüstan təmsilçisi, türk əsilli Sofo Nijaradze mətbuat qarşısına çıxıb və onun finalda 13-cü çıxış edəcəyi məlum olub. Daha sonra Ukrayna təmsilçisi Alyoş KİV nümayəndələrinin suallarını cavablandırıb və onun 17-ci sırada çıxış …

Rəsmi Moskva Əhmədinejadı siyasi demoqogiyadan əl çəkməyə çağırdı

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Rusiya İranın tənqidlərini kəskin şəkildə rədd edib.İran prezidenti Mahmud Əhmədinejad Kremli, onun təbirincə desək, İranın nüvə proqramı ilə bağlı sanksiyalar məsələsində Qərbi dəstəkləməsini sərt şəkildə tənqid etmişdi. Təhlilçilər bunun Tehran tərəfindən Moskvaya edilmiş ən ağır ittiham və tənqid hesab edirlər. Öz bəyanatında Əhmədinejad prezident Medvedevi təhdidlə xəbərdar edir. Moskva bu …

Asiya bazarları öndə gedir

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının açıqladığı yeni hesabata əsasən qlobal iqtisadiyyat gözlənildiyindən daha sürətlə dirçəlməkdədir.Asiya bazarları bu prosesdə öndə gedir. Bu təşkilata adətən zəngin ölkələrin klubu kimi baxılır. Amma təşkilat xəbərdarlıq edib ki, inkişaf etməkdə olan ölkələrdə borcun böyük olması ucbatından dirçəliş prosesi təhlükə altındadır. İƏİT bildirib ki, belə …

Amerikanın Azərbaycanda yeni səfiri Metyu Brayza oldu

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ölkənin xarici ölkələrdəki yeni səfirlərini elan edib.Onların arasında Azərbaycanda və Qafqaz bölgəsində yaxşı tanınan Mətyu Brayza da var.ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, eyni zamanda dövlət katibi müavininin yardımçısı Mətyu Brayza Azərbaycan Respublikasına səfir təyin edilib. Bundan əvvəl xeyli müddət idi ki, ABŞ-ın Bakıdakı …

Samuxda sahibkarlara güzəştli kreditlər verildi

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və sahibkarların maarifləndirilməsinə yönəldilmiş tədbirləri davam etdirir.Mayın 27-də Sahibkarlığa Kömək Milli Fondu “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Samux rayonunda keçirmişdir. AgahMedia.Com portalının …

BP-nin yeni üsulu…

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, neft nəhəngi BP Meksika Körfəzinin dibində partlamış quyudan axan nefti təmizləmək üçün yeni üsula əl atacaq.Top kill adlanan bu üsulla neftin axdığı deşiyə palçıq və sement tıxanacaq. Bu əməliyyat belə dərinlikdə bundan əvvəl aparılmayıb. Əməliyyat hadisə yerindən canlı video ilə yayımlanacaq.Həm BP, həm də ABŞ hökuməti neftin dağılmasının qarşısını …

Birləşmiş Ərəb Əmirliklərində “Respublika Günü”bayramı münasibətilə tədbir keçirildi

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin təşkilatlığı ilə JW Marriott otelinin ” Zabil” salonunda 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib. AgahMedia.Com portalının Diasporla İş üzrə Dövlət Komitəsinə aldığı məlumatına görə, toplantıda Dubayda yaşayan azərbaycanılar, türk icmasının nümayəndələri, Iraq türkmənləri, Avropa dövlətlərindən və müxtəlif ərəb ölkələrindən olan diaspor təmsilçiləri, eləcə də yerli …