Home » Siyasət, Sosial, Ümumi » ATGTİ yetkilisi Polşada Azərbaycanın təcrübəsindən danışacaq

ATGTİ yetkilisi Polşada Azərbaycanın təcrübəsindən danışacaq

6-7 iyul 2011-ci il tarixlərinda Polşanın paytaxtı Varşava şəhərində ölkənin Mədəniyyət və Milli Dəyərlər Nazirliyi, Milli Təhsil Nazirliyi, Elm və Ali Təhsil Nazirliyi, İdman və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “Şərq inkişaf tempi” mövzusunda konfrans keçiriləcək.
Konfransın əsas məqsədi Avropa İttifaqı və “Şərq Tərəfdaşlıq” proqramına qoşulan ölkələrin tələbə, müəllim və gəncləri, idman və mədəniyyət təşkilatları arasında mövcud əlaqələri güşləndirməkdir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat katibi Məcid Musayevin AgahMedia.Com informasiya portalına verdiyi məlumata görə, bu konfransda ATGTİ-ni təşkilatın Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Rəna İbrahimova təmsil edəcək . ATGTİ təmsilçisi elm-təhsil, gənclik, gənclərin problemləri və s. bu kimi mövzularda keçiriləcək plenar iclaslarda iştirak edərək, aparılan müzakirələrdə Azərbaycan tərəfinin təcrübəsindən danışacaq.
Konfransda “Şərq Tərəfdaşlıq” proqramına qoşulan ölkələrdən 180, Avropa İttifaqından 120 nəfər olmaqla, ümumilikdə 300 nəfər nümayəndənin iştirak edəcəyi gözlənilir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*