Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » “ASAN Xidmət” mərkəzlərində hüquqi yardım göstəriləcək…

“ASAN Xidmət” mərkəzlərində hüquqi yardım göstəriləcək…

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında əldə olunmuş razılığa əsasən, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində, habelə səyyar formada hüquqi yardım göstərilməsi ilə bağlı Agentliyin inzibati binasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

AgahMedia.Com informasiya portalının “ASAN Xidmət”dən aldığı məlumata görə, memoranduma əsasən, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində və səyyar hüquqi yardım xidmətləri sosial innovasiyaların tətbiqi ilə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri rəhbər tutulmaqla göstəriləcəkdir.

Bu istiqamətdə ödənişsiz şifahi hüquqi məsləhətlərin verilməsi, iddia ərizələri və məhkəmə çəkişmələri ilə bağlı digər sənədlərin, dövlət və qeyri-dövlət orqanlarına yazılı müraciətlərin hazırlanması, habelə məhkəmə instansiyalarında təmsilçilik xidmətlərinin göstərilməsi təmin ediləcək.

Həmçinin razılaşmaya əsasən, Dövlət Agentliyinin əməkdaşları və ASAN könüllüləri üçün hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulur.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*