Arıçıların nəzərinə!…
|
AgahMedia.Com informasiya portalının Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumatına görə, aprelin 20-də Goranboy rayonunun Faxralı kəndində “Arıçılığın mövcud vəziyyəti, inkişaf perspektivləri, Arı xəstəliklərinə qarşı müalicə-profilaktika tədbirlərin rolu” mövzusunda elmi-praktiki seminar keçiriləcək.
Fermerlər üçün açıq olan seminarda Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun, Arıçılıq Mərkəzinin və Baytarlıq Elmi Tədqiqat İnstitutunun alimləri və mütəxəssisləri iştirak edəcək.
Seminar Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu, Arıçılıq Mərkəzi və Baytarlıq Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçiriləcək.
Bu kontentin portalımızda yayınladığı tarix : 16/04/2018Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒