Bal yarmarkası bu il Tofiq Bəhramov adına stadionda keçiriləcək…
|
|

AgahMedia.Com informasiya portalının Kənd Təsərrüfatı Nazirliyindən aldığı məlumata görə, nazirlik arıçıların çoxsaylı müraciətlərini nəzərə alaraq arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasının keçirilmə məkanını dəyişib. Kənd Təsərrüfatı Nazirliyi 2018-ci ilin 5-28 oktyabr tarixlərində Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək.
“Sərgi-satış yarmarkasının açılışı 5 oktyabr, saat 12.00-da olacaq.
Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.
Qeyd edək ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək.
Lənkəran iqtisadi rayonu üzrə – 15-18 sentyabr
Aran iqtisadi rayonu üzrə – 19-21 sentyabr
Gəncə-Qazax iqtisadi rayonu üzrə – 22-24 sentyabr
Şəki-Zaqatala iqtisadi rayonu üzrə – 25-27 sentyabr
Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə – 28 sentyabr
Dağlıq Şirvan iqtisadi rayonu üzrə – 29 sentyabr
Naxçıvan iqtisadi rayonu üzrə – 30 sentyabr
Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə – 30 sentyabr
Eyni zamanda şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.
Əlaqə telefonları: 1652 (Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi), (012) 498-16-38, 598-33-32.”
Bu kontentin portalımızda yayınladığı tarix : 13/09/2018Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒