Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Hər arı pətəyinə görə 10 manat subsidiya veriləcək…

Hər arı pətəyinə görə 10 manat subsidiya veriləcək…

Arıçılığın inkişaf etdirilməsi məqsədilə hər arı pətəyinə görə dövlət tərəfindən 10 manat subsidiya veriləcək.
AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bildirib.

Sahibkarların diqqətini bu sahəyə cəlb edən dövlət başçısı deyib ki, arıçılıq Azərbaycanda tədricən inkişaf edir. Ölkəmizdə arıçılığın inkişafı üçün çox gözəl təbii şərait var. “Hər arı ailəsinə görə arıçılara subsidiyalar verilməlidir və veriləcəkdir. Deməli, ildə hər pətəyə dövlət tərəfindən 10 manat subsidiya veriləcək ki, bu sahəyə maraq daha da artsın və bal bizim böyük ixrac məhsulumuza çevrilsin. İndi ABAD konteynerlərində bal istehsalı təmin edilir. Əlbəttə ki, onun paketlənməsi, keyfiyyəti ən yüksək səviyyədə olmalıdır. Mənə verilən məlumata görə, Azərbaycan balı keyfiyyətinə görə dünya miqyasında fərqlənən məhsullardan biridir…” – deyə Prezident İlham Əliyev qeyd edib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*