Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » ARDNŞ Rusiya-Ermənistan qaz kəmərini almaq üçün danışıqlar aparır

ARDNŞ Rusiya-Ermənistan qaz kəmərini almaq üçün danışıqlar aparır

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiya-Ermənistan qaz kəmərinin Gürcüstan hissəsinin özəlləşdirilməsi ilə bağlı işləri davam etdirir. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, ARDNŞ prezidenti Rövnəq Abdullayevin indi Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi bununla bağlı Gürcüstan hökuməti və Gürcüstanın Qaz Korporasiyası ilə danışıqlar aparır.

Rövnəq Abdullayev bildirib ki, Azərbaycan tərəfi bu kəmərdən öz qazının Qara dəniz sahillərinə çıxarılması üçün istifadə etmək niyyətindədir: “Bildiyiniz kimi, AGRİ ((Azərbaycan-Rumıniya-Gürcüstan sıxılmış qaz layihəsi) layihəsinə əsasən Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahillərinə çatdırılması və burda sıxılaraq sıxılmış qazın Bolqarıstan və Rumıniyaya çatdırılması nəzərdə tutulur”.
Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRİ layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu il aprelin 13-də Rumıniyanın paytaxtı Buxarestdə imzalanıb. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə,Layihə çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Rumıniyaya Gürcüstan vasitəsilə göndəriləcək Azərbaycan qazının ilk versiyada həcmi 2 milyard kubmetr, ikinci versiyada 5 milyard kubmetr, üçüncü versiya üzrə isə 8 milyard kubmetr təşkil edəcəyi gözlənilir. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə,həcmdən asılı olaraq layihənin dəyəri 1,2-4,5 milyard avro məbləğində dəyişə bilər. Lakin yekun həcm və məbləğ texniki-iqtisadi əsaslandırma hazır olandan sonra müəyyənləşəcək.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*