Böyük Britaniyanın Kembric Universiteti Harvard Universitetini geridə qoyaraq ali təhsil müəssisələrinin dünya reytinqində birinci yerə çıxıb. Harvard isə reytinqdə 2-cidir. Məlumatı Böyük Britaniyanın konsaltinq şirkəti dərc edib.
AgahMedia.Com informasiya portalının İ TV -yə istinadən məlumatına görə, bu siyahının ilk onluğuna Amerkanın 6, Britaniyanın isə 4 universiteti daxildir. Onların arasında Massaçusets Texniki İnstitutu, Yel və Oksford Universitetləri var.
Reytinqin ikinci onluğuna ABŞ-dan 7 təhsil müəssisəsi, İsveçrədən 1, Kanadadan 1 və Böyük Britaniyadan 1 ali məktəb daxildir. Tokio Universiteti 25-ci yerdə qərarlaşıb. Paris Ali məktəbi 33-cü, Pekin Universiteti 46-cı, Alman Heydelberq Universiteti isə siyahıda 53-cü yerdədir.
Lomonosov adına Moskva Dövlət Universiteti siyahıda 112-ci yeri tutub. MDU-dən aşağı pillədə İtaliyanın Bolonya Universiteti (183-cü yer), Yaponiyanın Vaseda (185-ci yer) və Keyo (188-ci yer) Universitetləri yerləşib.
Reytinq müəyyənləşdirilən zaman tədqiqat proqramlarının səviyyəsi, tələbələrin tədrisin səviyyəsindən razılığı, ali məktəbi bitirdikdən sonra iş tapmaq perspektivi və digər meyarlar əsas götürülüb.
