Home » Sosial, Təhsil sektoru, Ümumi » Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri burda

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri burda

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_TQDK_LOGO

2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunub.
Yerləşdirmənin nəticələri ilə bu linkdə tanış ola bilərsiniz. >>> http://www.tqdk.gov.az/netbakmus1/
Abituriyentlər müsabiqə nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 18-də «Abituriyent» jurnalının 6-cı sayında dərc olunacaq.
Əyani və qiyabi təhsil forması olan ixtisaslara qəbul olmuş abituriyentlər təhsilalma formasını qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçərkən seçəcəkdir.
Cari ildə ayrılmış 36537 plan yerinə 33745 abituriyent qəbul olmuşdur.
AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən məlumatına görə, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.
Həmin yerlərə ixtisas seçimi avqustun 18-dən 22-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər. (Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunmuşdur).

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*