Ajda Pekkan Somaliyə yardım məqsədilə xeyriyyə konserti verəcək
|
|
Türkiyənin divası sayılan Ajda Pekkan növbəti uğurlu layihəyə imza atacaq. AgahMedia.Com portalının “SƏS” agentliyinə istinadən məlumatına görə,Somalidə hər gün onlarla uşağın ölümünə səbəb olan aclıq fəlakətinə yardım etmək məqsədi ilə müğənni oktyabrın 1-də “KuruçeşməArena”sında 25 min nəfərlik konsert verəcək. Bununla kifayətlənməyən məşhur müğənni Somali uşaqları üçün xüsusi bir mahnı oxumağa hazırlaşır.
Sənətçi bununla bağlı artıq məşhur musiqiçilərə müraciət edib.
Qeyd edək ki, Ajda Pekkan bir neçə gün əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla birlikdə Somalidə yaşayan insanları ziyarətə gedib.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒