Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Avropaya işçilər yığılır…

Avropaya işçilər yığılır…


AgahMedia.Com informasiya portalının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən aldığı məlumata görə, Dövlət Məşğulluq Agentliyi “Azərbaycandan işçi qüvvəsinin ixracı” layihəsi çərçivəsində Sloveniyada 200-dən çox vakansiya üzrə işə qəbul üçün müraciətlərin qəbuluna start verib.

Müraciətlər onlayn qaydada qəbul olunur.

Təklif olunan iş yerləri əsasən sənaye, logistika və səhiyyə sahələrini əhatə edir. Vakansiyalar arasında material emalçısı, qaynaqçı, çilingər, anbar işçisi, dəzgah operatoru, istehsalat işçisi, tibb bacısı, təsərrüfat xidməti işçisi, texniki xidmət işçisi və s. vakansiyalar yer alır.

Vakansiyalar üzrə əməkhaqqı Sloveniyada müəyyən edilmiş minimum əməkhaqqından az olmamaq şərtilə müəyyən edilir və iş yerləri rəsmi əmək müqaviləsi əsasında təklif olunur.

Agentlik xaricdə rəsmi və təminatlı iş imkanlarından yararlanmaq istəyən uyğun namizədləri müraciət etməyə dəvət edir.

Vakansiyalar üzrə tələblərlə tanış olmaq və müraciət etmək üçün https://survey.sosial.gov.az/index.php/989738?lang=az linkinə keçid edə bilərsiniz….

Qeyd edək ki, bu elan üzrə son müraciət tarixi 10 sentyabr 2026-cı ildir…

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*