İş yerini dəyişdirmək istəyən müəllimlər üçün növbəti vakansiya seçimi mərhələsi başladı…


AgahMedia.Com informasiya portalının Təhsil Nazirliyindən aldığı məlumata görə, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 23 aprel saat 11:00-da start verilib. Qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər iştirak edə bilərlər.
Vakansiya seçimi üçün elektron sistem 29 aprel saat 11:00-dək aktiv olacaq.

Yorum Gönderin

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir