Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Texno, Ümumi » Azərbaycanda internet istifadəçilərinin sayı 2 dəfə artıb

Azərbaycanda internet istifadəçilərinin sayı 2 dəfə artıb

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_internet resmi

AgahMedia.Com informasiya portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, 2012-ci ildə əvvəlki illə müqayisədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 65-dən 70-ə yüksəlib. Beləliklə, son 5 ildə internet istifadəçilərinin sayı 2 dəfə artıb. Ölkədə internetin inkişafını son 5 ildə hər 100 internet istifadəçisinə düşən beynəlxalq kanal tutumunun 12,9 dəfə artaraq 324 kbit/s-dən 4187 kbit/s-yə çatması da əyani sübut edir. Ölkədə telekommunikasiya və internet infrastrukturunun inkişafı, fiber-optik kabel şəbəkəsinin genişlənməsi, xidmətlərin qiymətinin dəfələrlə aşağı düşməsi Azərbaycanda internetin inkişafını şərtləndirir.
Son 5 ildə internetin qiymətinin 12,5 dəfə azalması beynəlxalq internet kanalının tutumunun da 12,9 dəfə artmasına səbəb olub.
Bununla yanaşı, müvafiq dövr ərzində internet xidmətləri bazarının həcmi də 4 dəfə böyüyüb. Ölkədə internetin inkişafı həm də ölkənin kompüterləşmə səviyyəsinin yüksəlməsi ilə əlaqədardır.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 2012-ci ilin yekunları üzrə aparılmış statistik təhlillərin nəticələrinə əsasən, ölkədə bütün ev təsərrüfatları arasında kompüteri olanların payı 47,7%, internetə çıxışı olanların payı isə 64,4% olub.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Tags:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*