Dünyanın ən sürətli interneti istifadəyə verildi
|
AgahMedia.Com informasiya portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, Fransada dünyanın ən sürətli internet-xətti istismara verilib.Telekommunikasiya magistralı ölkənin iki böyük şəhəri – Paris və Lionu birləşdirir. Ən yeni informasiya ötürmə texnologiyasının tətbiq edilməsi sayəsində rabitə xətti üzrə məlumatlar saniyədə 400 giqabitədək ötürülür. Hazırda bu göstərici mütləq dünya rekordu hesab edilir, www.rg.ru saytı yazır. Yüksəksürətli rabitə kanalını yaradanlar infrastrukturu təqdim edən Fransanın telekommunikasiya avadanlığı istehsalçısı Alcatel Lucent şirkəti və müxtəlif xidmətlərin göstərilməsi ilə məşğul olacaq Orange operatorudur. İnternet-magistralın istismara verilməsi sayəsində fransızlarda internetə çıxış əvvəlki vaxtlarla müqayisədə dörd dəfə sürətli işləyəcək, həm də xidmətlərin qiymətləri artırılmayacaq.
Bu kontentin portalımızda yayınladığı tarix : 18/02/2013Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒