Azərbaycanda yeni ali məktəb yaradıldı
|
|
AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, prezident İlham Əliyev Dövlət Neft Şirkətinin strukturuna dəyişiklik edib və dövlət müəssisəsi statusunda Bakı Ali Neft Məktəbi yaradılmasına fərman verib.
Ali məktəbin yaradılmasında məqsədin beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə ehtiyacını ödəmək olduğu bildirilir: “Ali məktəbin fəaliyyətini ən yüksək standartlara uyğun təşkil etmək üçün inkişaf etmiş ölkələrin aparıcı elm və təhsil mərkəzləri ilə sıx əlaqələr yaradılması nəzərdə tutulub. Tədris prosesinin Azərbaycan və ingilis dillərində təşkil ediləcəyi ali məktəbdə ilk tələbələr 2012-ci ilin sentyabr ayında təhsil almağa başlayacaqlar”.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒