Home » Beynəlxalq, Maraqlı, Şou biznes və Mədəniyyət, Ümumi » Şakira Barak Obamanın müşaviri oldu

Şakira Barak Obamanın müşaviri oldu

AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, ABŞ prezidenti Barak Obama Kolumbiya əsilli müğənni Şakiranı Birləşmiş Ştatların ispandilli əhalisinin təhsil səviyyəsinin yüksəldilməsi məsələləri üzrə müşavirlər qrupuna daxil edib. “ABŞ prezidenti Barak Obama çərşənbə günü aşağıdakı şəxsləri administrasmiyada əsas vəzifələrə təyin etmək niyyətini açıqlayıb: Şakira İsabel Mebarak Ripoll – ispan dilində danışan əhalinin təhsil səviyyəsinin yüksəldilməsi üzrə prezident komissiyasının üzvü…”, – Ağ Evin məlumatında deyilir.
34 yaşlı Şakira təkcə müsiqi sahəsindəki uğurları (müğənni onlarla mükafat valıb, nüfuzlu “Qremmi” mükafatının ikiqat laureatıdır) ilə yox, həm də xeyriyyəçilik fəaliyyəti ilə məşhurdur. O, 1997-ci ildə “Fundacion Pies Descalzos” ( “Yalın ayaqlar fondu”) xeyriyyə təşkilatını yaradıb. Təşkilatın missiyası Kolumbiya və digər Latın Amerikası ölkələrində aztəminatlı ailələrin uşaqları üçün məktəblərin maliyyələşməsinə vəsait cəlb etməkdir.
Şakira həm də YUNİSEF-in xoşməramlı səfiridir.Müğənni Latın Amerikasındakı yoxsul ailələrin uşaqlarına çoxillik yardımlarına görə 2010-cu ildəBeynəlxalq Əmək Təşkilatı tərəfindən medala layiq görülüb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*