15.9 milyon dollara satılan skripka
|
Antonio Stradivarinin əl işi olan skripka London hərracında 15.9 milyon dollara satılıb. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, bu eksponat Yaponiyanın “Nippon Foundation” qeyri-hökumət fondu tərəfindən hərraca çıxarılıb. Hərracdan əldə edilən vəsait Yaponiyanın bərpasına xərclənəcək. Fond nümayəndəsi skripkanın onların kolleksiyasında çox vacib yer tutduğunu bildirsə də, dağıdıcı sunaminin nəticələrinin aradan qaldırılması üçün onu satmaq məcburiyyətində qaldıqlarını açıqlayıb. Adı açıqlanmayan alıcı isə 1721-ci ilin əl işinə həracda təqdim olunan qiymətdən 4 dəfə artıq vəsait ödəyib.
Qeyd edək ki, məşhur ingilis şairi Corc Bayronun nəvəsi Anna Blantın 30 il bu skripkada ifa etməsi onun dəyərini bir az da artırıb.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒