AgahMedia.Com informasiya portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2011-ci il noyabr ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 8 milyard 707,8 milyon manat təşkil etmişdir. Bunun 3 milyard 675 milyon manatı əhali tərəfindən yerləşdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,3% çoxdur.2011-ci il noyabrın 1-nə banklara qoyulan əmanətlərin 1 milyard 823,3 milyon manatı (49,6%) manatla, 1 milyard 851,7 milyon manatı (50,4%) isə xarici valyuta ilə cəlb edilmişdir.