Home » İslam, Ümumi » Zilhiccə ayının ilk 10 günü

Zilhiccə ayının ilk 10 günü

Allah Talaya həmd və şükürlər olsun ki, müsəlman ümmətinə çox nemətlər və çox fəzilətlər verib ki, bunları öncəki ümmətlərə verməyib. Bu fəzilətlərdən biri də, bizlərə müxtəlif ibadət və xeyir vaxtları təyin etməsidir. Bunlardan, Ramazan bayramı, Qədr gecəsi, Aşura günü, Zilhiccə ayında Həccə getmək, Zilhiccə ayının ilk 10 günü, Şəvval ayından 6 gün oruc tutmaq, Bayram namazları, Cümə günləri və s.

 Əziz müsəlmanlar!
Zilhiccə ayının və xüsusilə də bu ayın ilk 10 gününün bir çox fəzilətləri vardır. Bunlar Qurani Kərimdə və Peyğəmbərimizin (s) hədislərində öz əksini tapıb.
Allah Tala əl-Fəcr surəsinin ilk ayələrində belə buyurur: ﴾ And olsun dan yerinə, and olsun 10 gecəyə ﴿”
Bu fəzilətli günlərdə görüləcək xeyir əməllər:
 Həcc və ümrə (kiçik həcc)etmək. Əlbəttə Zilhiccənin bu 10 günündə ən fəzilətli və yüksək savablı əməl Həccə getmək və ümrə etməkdir. Peyğəmbərimiz (s) buyurmuşdur ki; “ümrədən ümrəyə olan müddətdəki günahlar bağışlanır, qəbul olunmuş Həccin mükafatı isə yalnız Cənnətdir.”
Namaz. Bu günlərdə fərz, vacib namazlarını çalışıb hamısını tam vaxtı girən kimi qılmaq, gecikdirməmək və nafilə namazlarını çoxaltmaq lazımdır. Nafilə namazlar AllahTalaya yaxınlaşmaq üçün ən gözəl vasitələrdəndir.
 Oruc. Oruc tutmaq saleh və xeyir əməllərdən sayılır. Xüsusilə oruc tutmaq çox müstəhabdır.
Təhlil (Lə iləhə illallah), Təkbir (Allahu Əkbər) və Həmd (Əlhəmdulillah). Bu 10 gündə bunları çox demək müstəhabdır. Biz müsəlmanlar Peyğəmbərmizin (s) əməllərini yaşatmalıyıq, lakin çox təəssüf ki, tədricən unuduruq.
Təkbirin bir neçə forması var, rəvayətlərdən bizə çatdığına görə:
– Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər Kəbirən
– Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illallahu Vallahu Əkbər, Allahu Əkbər və Lilləhil Həmd.
– Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illallahu Vallahu Əkbər, Allahu Əkbər, va Lilləhil Həmd.
“Ərəfə günü” oruc tutmaq. Ərəfə günü oruc tutmağı təkid edərək Peyğəmbərimizin (s) buyurmuşdur: “Ərəfə günü oruc tutmağın savabını Allahdan istəyirəm, hansı ki, bir il əvvəlki və bir il sonrakı günahları təmizləyir”.
Yalnız həcdə olanlar Ərəfə günü oruc tutmaya bilərlər, çünki Peyğəmbərimiz (s) Ərəfətdə (Həcdə olarkən) duranda oruc olmayıb.
 “Tövbə etmək”, bütün günahlardan Allaha dönmək və Ondan əfv diləmək. Ondan sonra, edilən xeyir əməllərə görə Allahın rəhməti və məğfirəti enər, çünki günahlar insanı Allahdan uzaqlaşdırır və Onun rəhmətindən qovur. İtaət və ibadət isə Allah Talaya yaxınlaşdırır.
 “Qurban kəsmək”.  Qurban bayramı günləri qurban kəsmək xeyir əməllərdəndir. Bu həm atamız İbrahimin (ə.s) əməli və həm də Peyğəmbərimizdən (s) rəvayət olunduğuna görə O (s) (Qurban bayramında) 2 qoçu özü kəsmişdir.”
“Bayram günü” bayram namazına getmək. Bayram xütbəsinə qulaq asmaq və sonra bayram namazı qılmağın böyük savabı vardır. Həm də müsəlman bu günün mənasını və hikmətini dərk etməlidir. Bayram günü yaxşılıq və şükr etmək günüdür. Bu günü pis və günahlarla dolu bir gün etmək olmaz.
 Ümumiyyətlə saleh əməlləri, namaz, sədəqə, Quran oxumaq, yaxşılıq etmək, pislikdən çəkindirmək və sair kimi xeyir əməlləri bu 10 gündə artırmaq lazımdır. çünki bu mövsümdə görülən xeyir əməllərin savabı qat-qat yüksək olur.
Allah Tala bütün ibadətlərimizi dəyər və savablı etsin !

İstinad Mənbəyi:  Qafqaz Müsəlmanları Ruhani İdarəsi

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*