Ali məktəblərə qəbul planı təsdiqləndi

Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul planı təsdiqlənib. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən bildirilib ki, artıq qəbul planı Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasında təsdiqlənərək Komissiyaya təqdim edilib. 2012-2013-cü tədris ili üçün ali məktəblərə 36 min plan yeri ayrılıb. Ötən illə müqayisədə plan yerlərinin …

İyunun 8-də keçirilən buraxılış imtahanlarının nəticələri məlum oldu

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyun ayının 8-də keçirilən buraxlış imtahanlarının nəticəsini açıqlayıb. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavabların sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alırlar. …

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası təhsil şöbələrinə xəbərdarlıq etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 10 may tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti Qaydaları”nın 4.1. bəndinə əsasən, ümumi orta təhsil səviyyəsinin istənilən sayda fənnindən illik qiyməti qeyri-kafi olan buraxılış sinif şagirdləri imtahana buraxılırlar. AgahMedia.Com portalının “Səs” …

Orta məktəblərdə buraxılış imtahanlarının tarixləri açıqlandı

AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, orta məktəblərin 9 və 11-ci siniflərində keçiriləcək buraxılış imtahanlarının vaxtı məlum olub. Bakı üzrə iyunun 2-i 9-cu, 3-ü isə 11-ci sinif şagirdləri imtahan verəcək. Digər şəhər və rayonlar üzə 9-11-ci siniflərin imtahanı eyni gündə olacaq. İmtahan gələn ayın 8-də Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, …

Orta məktəblərdə attestat imtahanlarını TQDK keçirəcək

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman verib. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) haqqında Əsasnaməyə edilən dəyişikliklərə əsasən, …

Ali məktəblərə qəbul planı artırıldı

Ali və orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün sənəd qəbuluna başlayıb. Abituriyentlər mayın 16-dan internet vasitəsilə elektron ərizələrini doldurmalıdır. Aprelin 16-dan mayın 18-dək isə müvafiq Sənəd Qəbulu Komissiyalarında ərizələrin təsdiqi mütləqdir. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar- təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, …

Magistraturalara ərizə qəbulu başladı

AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, bu gündən Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərin magistraturalarına ərizə qəbulu başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib ki, bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını fevralın 8-dən 16-dək olan müddətdə doldurmalı və ərizələrini fevralın 8-dən 17-dək şənbə və bazar günləri istisna olmaqla saat 9.00-dan 17.00-dək olan müddətdə …

2012/2013-cü tədris ili üçün magistraturaya qəbul qaydaları məlum oldu

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası «Magistr» xüsusi buraxılışının 1-ci sayında 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydalarını dərc edib. AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, buraxılışda magistraturaya hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramı və test tapşırığı nümunələri, açıq test tapşırığı …

Azərbaycandakı ali məktəblərin reytinq cədvəlinə Dövlət İdarəçilik Akademiyası liderlik edir

Müvafiq göstəricilər əsasında formalaşdırılmış ali məktəblərin reytinq cədvəlinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası başçılıq edir. AgahMedia.Com informasiya portalının AzərTAc-a istinadən məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib ki, ikinci yeri Azərbaycan Tibb Universiteti, üçüncü yeri isə Qafqaz Universiteti tutmuşdur.

Ali təhsil müəssisələrinə qəbul planı 2,98 faiz artırıldı

AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, ötən illə müqayisədə bu il dövlət ali təhsil müəssisələrinin qəbul planı 1.68 faiz (435 yer), özəl ali təhsil müəssisələrinin qəbul planı isə 10.39 faiz (474 yer) artıb. Ümumilikdə, builki qəbul planında 2,98 faiz (909 yer) artım var. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2011-2012-ci tədris ili …

Azərbaycanda orta təhsilin müddəti 12 il ola bilər

“Bu yaxınlarda təsdiqlənməsi gözlənilən 10 illik Milli Təhsil Strategiyasında orta təhsilin müddətinin 12 il olması təklif edilib”. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2011-ci ilin tələbə qəbulunun yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. O, məsələnin hələlik müzakirə olunduğunu bildirib. M. Abbaszadə qeyd edib …

2012-2013-cü illərin tələbə qəbulu qaydalarına yeniliklər tətbiq olunacaq

Qeyd: Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və qəbul imtahanları haqqında yenilənən xəbərləri bu linkdə də seçə və oxuya bilərsiniz. >>> https://agahmedia.com/tag/tqdk/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda 2012-2013-cü tədris ili üçün keçiriləcək qəbul imtahanlarında tətbiq olunacaq bəzi yenilikləri açıqlayıb. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, ali və tam orta təhsil bazasında orta ixtisas …

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olundu

AgahMedia.Com portalının Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından aldığı məlumata görə, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə müsabiqənin nəticələri avqustun 10-da saat 17:15-dən etibarən TQDK-nın internet saytında yerləşdirilmişdir. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1077 nəfər, tam orta orta …

TQDK magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələrini açıqladı

AgahMedia.Com portalının Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına istinadən məlumatına görə, Azərbaycannın ali təhsil müəsisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri avqustun 9-da saat 15:00-da TQDK-nın internet saytında yerləşdirilmişdir. Qəbul olan bakalavrların siyahısı “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq. Müsabiqə nəticəsində 327 magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanmışlar. Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan …

Ali məktəblərə II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı

AgahMedia.Com portalının Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına istinadən məlumatına görə, 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə iyulun 22-də keçirilmiş qəbul imtahanının nəticələri iyulun 23-də saat 17:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilmişdir. İmtahan nəticələri barədə məlumatı həmçinin Azercell və Bakcell nömrələrindən mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun …

TQDK-dan 2011-ci il məzunu olan abituriyentlərə xəbərdarlıq

AgahMedia.Com portalının Tələbə Qəbulu üzrə Dövlət Koimissiyasından aldığı məlumata görə, Təhsil Nazirliyi tərəfindən keçirilmiş buraxılış imtahanlarının nəticələrinə dair məlumat bazası TQDK-ya təqdim olunmuşdur. Bu məlumatlar əsasında 2011-ci ildə orta ümumtəhsil müəssisələrini bitirən abituriyentlərin attestat məlumatları Komissiya tərəfindən onların elektron ərizələrinə daxil edilib. Buna görə də qəbul imtahanlarında iştirak etmək üçün ərizə vermiş orta ümumtəhsil müəssisələrinin …

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” çap edə bilərlər

Məlum olduğu kimi,Tələbə Qəbulu üzrə Dövlət Koimissiyası iyulun 3-də ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcəkdir. Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyunun 27-dən etibarən Komissiyanın internet saytından imtahana buraxılış vərəqəsi çap edib götürməlidirlər. AgahMedia.Com portalının Tələbə Qəbulu üzrə Dövlət Koimissiyasından aldığı məlumata görə, I ixtisas qrupunun abituriyentləri isə buraxılış …