Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 6 faizdən çox artıb

Azərbaycanda “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı 279 100 nəfər təşkil edir. AgahMedia.Com portalının İ TV -yə istinadən məlumatına görə, bu barədə yanvarın 4-nə olan vəziyyət üzrə “Facebakers” hesabatında deyilir. 2011-ci il yanvarın əvvəlində sosial şəbəkə istifadəçilərinin sayı 2010-cu il dekabrın əvvəli ilə müqayisədə 6,77 faiz (17 700 istifadəçi) artıb. “Facebook”un Azərbaycan seqmenti istifadəçilərin reytinqində 94-cü …

Ali məktəblərə qəbul balları aşağı salına bilər

Təhsil Nazirliyi paytaxtdan kənar ali təhsil müəssisələrinə qəbul ballarının Bakıdakı ali məktəblərlə müqayisədə aşağı salınması təklifi ilə çıxış edib. Bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov məlumat verib. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, nazir ali məktəblərin ödənişli ixtisaslarına qəbul olunan məcburi köçkün tələbələrin ödənişdən azad olunduqlarını da xatırladaraq “biz istəyirik ki, bunun …

Parasetamolla ehtiyatlı olun!

AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə,Vellingtondakı Otago Universitetinin bir qrup alimi, 1500 körpə üzərində təcrübə aprıb və hərarət azaldıcı və ağrıkəsici kimi istifadə olunan parasetamol tərkibli dərmanların bir-iki aylıq körpələrə verilməsinin, gələcəkdə allergiya və asma riskini artdığını müşahidə edib. İstifadəsi çox yayılan 120-yə qədər dərmanın parasetamol tərkibli olduğuna diqqəti yönəldən tədqiqatçılardan biri Culian Kreyn, …

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vəhşi heyvanların müdafiəsinə qalxdı

AgahMedia.Com portalının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığı məlumatda deyilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi vəhşi heyvanların ayrı-ayrı istirahət mərkəzlərində qəfəslərdə əziyyət verilərək saxlanılmasını qətiyyətlə pisləyir və bu kimi hallarla kəskin mübarizə aparır. “Ancaq biz hesab edirik ki, bu problem təkcə şüursuz ovçular və onlardan bu heyvanları alan restoran sahibləri ilə bağlı deyil. Problemin …

ABŞ-da magistr təhsili almaq istəyənlər üçün Lənkəranda tədbir keçirildi

AgahMedia.Com portalının “SƏS” agentliyinə istinadən məlumatına görə, Lənkəran İcma Məlumat Mərkəzində Amerikada magistr təhsili almaq istəyən gənclər üçün “Edmund S . Muskie Mubadilə Proqramı (Muskie)” çərçivəsində tədbir keçirilib. Proqramın icraçısı Nərgiz Hacıyeva əsas məqsədin iştirakçıları bu proqram barədə məlumatlandırmaqdan ibarət olduğunu bildirib. Sonra N. Hacıyeva proqramın əhatə edəcəyi təhsil sahələri, proqramın müddəti və növü, proqrama …

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimov adına müasir lisey-məktəb kompleksi açıldı

Bu gün Biləsuvar şəhərində Mərkəzi Bankın dəstəyi ilə yaradılan Azərbaycan Respublikasıının Milli Qəhramanı Mübariz İbrahimovun adını daşıyan müasir təhsil lisey-məktəb kompleksi açıldı. Açılış mərasimindən əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov və onu müşayiət edənlər Ümummilli Lider Heydər Əliyevin abidəsini və Biləsuvar rayon Şəhidlər Xiyabanını ziyarət etdilər. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, “Beynəlxalq təhsil …

Zeytun yağı pendir, keks və pirojnalar xərçəngə qarşı

Bütün bu ərzaqlar döş vəzinin xərçənginə tutulmaq riskini azaldır.AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, Birləşmiş Ştatların Miriam xəstəxanasının pəhriz üzrə baş tədqiqatçısı və Braun Universitetinin professor köməkşisi Doktor Meri Flin bu fikrin elmi cəhətdən sübut olunduğunu deyir.Onun sözlərinə görə təbii zeytun yağı , pendir, kalorili meyvə və tərəvəzlər, bütün dənli bitkilər xərçəngin yaranma riskini …

Cinayətkar qurupun mənimsədiyi 163 milyon dolları Ermənistana göndərdiyi məlum oldu

AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, ABŞ-da dələduzluq yolu ilə “Medicare” tibbi sığorta şirkətindən 163 milyon mənimsəmiş ermənilərdən ibarət 73 nəfərlik cinayətkar qruplaşmanın fəaliyyətinin bəzi təfərrüatları məlum olub. Associated Press xəbər verir ki, dəstənin başçısı 46 yaşlı Armen Kazaryan 1996-cı ildə Ermənistandan Birləşmiş Ştatlara mühacirət edib və bu ölkədə qaçqın statusu alıb. Təhqiqat zamanı …

Azərbaycanda elektron ipoteka layihəsi işə salınacaq

AgahMedia.Com portalının “AzərTac”a istinadən məlumatına görə, Azərbaycan İpoteka Fondunda xüsusi elektron ipoteka layihəsi işə salınacaq. Bu, ipoteka kreditləri ilə bağlı vətəndaşlarla banklar arasında müraciətlərin insan faktoru olmadan reallaşmasını tamamilə təmin edəcək.Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, hazırda İpoteka Fondunda xüsusi elektron ipoteka layihəsi üzərində iş gedir və yaxın 1 il ərzində işə salınacaq. Əhalinin …

Milli internet mükafatı üzrə növbəti musabiqəyə start verildi

Oktyabrın 1-dən başlayan müsabiqənin qaydalarında müəyyən dəyişikliklər edilib . AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə , ötən ildən fərqli olaraq, nomiyasiyaların sayı artırılaraq 14-ə çatdırılıb. Bundan başqa, ötən il olduğu kimi qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, Azərbaycan internet forumu tərəfindən formalaşdırılan peşəkarlardan ibarət münsiflər heyəti aparcaq. Münsiflərə aidiyyatı olan saytların isə müsabiqədə iştirakına yol …

Faiq Ağayevi bıçaqlayan şəxs həbs edildi

Azərbaycanın xalq artisti Faiq Ağayevi bıçaqlayan şəxs həbs edilib. AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə Nəsimi rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Rüfət Baba oğlu Məlikov təqsirli şəxs qismində istintaqa cəlb edilib. Polisə verdiyi ilkin ifadəsində Rüfət Məlikov xalq artistini mübahisə zəminində bıçaqladığını etiraf edib. …

MTN və Baş Prokurorluq növbəti iki nəfəri rüşvət üstündə yaxaladı

Milli Təhlükəsizlik Nazirliyinin sentyabrın 23-də yaydığı məlumata görə Azərbaycan Kooperasiya Universitetinin rektorunun köməkçisi Rövşən Məmmədov və Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin müdiri Azər Hüseynov rüşvət alarkən həbs olunub. AgahMedia.Com portalının “Azadlıq” radiosuna istinadən məlumatına görə,Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq bugünlər bir vətəndaşın şiykaəti ilə əməliyyat aparıb. Vətəndaş şikayət edib ki, oğlunun Kooperasiya …

BMT-nin yoxsulluq ilə mübarizəyə dair sammiti keçirilir

Nyu Yorkda BMT-nin yoxsulluq ilə mübarizəyə həsr olunmuş sammiti keçirilir. Məqsədlərdən biri aşırı yoxsulluq içində yaşayanların sayının 2015-ci ilə üçün yarıya dək azaldılmasıdır. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, yoxsulluqla mübarizənin irəliləyişi üzrə göstəricilər fərqlənir. Lakin BMT hesab edir ki, qarşıya qoyulan məqsədlər 2015-ci ilədək yerinə yetiriləcək. Yoxsulluqla mübarizə üzrə hədəflər 1990-cı ildə qəbul edilib. …

Çox fikirləşmək beyinə zərərdir

AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə,İngiltərədə aparılan bir araşdırmaya görə çox düşünən insanların yaddaşı zəif olur.Belə insanlar daha tez depresiyaya düşürlər.University College Londonda aparılan tədqiqatda alimlər insanların bir məsələ ilə bağlı qərar verdikləri zaman nə qədər fikirləşdikləri ilə bağlı beyinlərinin hansı hissəsinin nə qədər işlədiyini nəzərdən keçiriblər.Verdikləri qərarlardan əmin olan və həmin məsələ ətrafında …

Hamilə yeniyetmələr üçün məktəb açıldı

Malayziyada hamilə yeniyetmələr üçün məktəb açılıb. Məqsəd yeni doğulan körpələrin atılması hallarının azaldılmasıdır. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə,Cənubi Malakka ştatında məktəbi açan rəsmilər ümid edir ki, bu, gənc qadınlara nikahdankənar uşaq dünyaya gətirməkdən utanmamağa kömək edəcək. Tibbi müayinədən əlavə, burada tələbələr dini məsləhət də alacaqlar. Bu il Malayziyada 70-ə yaxın atılmış körpə qapıların …

Seçki ilə bağlı pulsuz hüquqi yardım veriləcək

İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə 15 sentyabrdan “Siyasi hüquqların (seçki hüququ və toplaşmaq azadlığı) müdafiəsi üzrə məhkəmə proseslərinin monitorinqi və pulsuz hüquqi yardım” layihəsinin icrasına başlayıb. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, Layihə çərçivəsində parlament seçkilərində iştirak edən seçki subyektlərinə seçki hüququnun və toplaşmaq azadlığının müdafiəsi üçün …

Misir Mərdanov: ABU-da qanunsuz təhsil alan tələbələrin təhsilinə biz cavabdeh deyilik

“Azərbaycan Beynəlxalq Universitetinin (ABU) bağlanması ilə bağlı Təhsil Nazirliyinin qərarı artıq ictimaiyyətə bəllidir”. AgahMedia.Com portalının “SƏS” informasiya agentliyinə istinadən məlumatına görə, bu sözləri təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib.Misir Mərdanov bildirib ki, tələbələrin taleyi ilə bağlı heç kim narahat olmasın. “Sentyabrın 15- nə kimi bu universitetdə qanuni yolla təhsil alan hər bir tələbə müvafiq …