Dünya milyarderlərin yeni siyahısı açıqlandı

“Forbes” jurnalı milyarderlərin yeni siyahısını açıqlayıb. Reytinqə görə dünyanın ən varlı adamı meksikalı telemaqnat Karlos Slimdir. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, yeni siyahıda milyarderlərin sayı 200 nəfər artıb. Milyarderlərin arasında siyahıda 100 rusiyalının adı var. Həmyerlimiz Vahid Ələkbərov milyarderlərin sıralamasında 50-cidir. Onun sərvətinin 13,9 milyard dollar olduğu bildirilir.Karlos Slim artıq ikinci dəfədir dünyanın …

Alimlər insanları qocaldan qidanın adını açıqladı

AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, Dünya alimləri soyanın insan orqanizminə təsirini araşdırıblar. Təcrübələr dağsiçanların üzərində aparılıb. Tədqiqatlar zamanı siçanlara müntəzəm olaraq soya tərkibli qidalar verilib. Nəticədə tədqiqatda iştirak edən dağsiçanları digərlərindən tez qocalmağa başlayıb.Analizlər göstərib ki, soya tərkibli qidaları yeyən heyvanların orqanizmində hormonal dəyişikliklər baş verib. Bunun nəticəsində həmin heyvanlar nəsilartırma qabiliyyətini itirib. …

“Google Chrome”nin növbəti versiyası təqdim edildi

“Google” ictimaiyyətə “Chrome 10” brauzerini təqdim edib. Bu haqda şirkətin rəsmi saytında məlumat verilib. Yeni versiya Chrome 9 brauzerindən daha güclüdür. JavaScript işinin sürəti 66% artıb. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, Chrome 10-da menyu servisi tamamilə dəyişib. Bu yeni versiya istifadəçilərin daxil etdiyi adlar, telefon nömrələri, ünvanlar və digər şəxsi məlumatları yadda saxlayaraq yeni …

Murad Süleyman: Muğam Azərbaycanı “Eurovision”da 1-ci edə bilər

“Milli Muğamımız Azəbaycanın “Eurovision” mahnı müsabiqəsində əsas mükafatı qazanması üçün vazkeçilməz sayıla bilər.” Bu sözləri deyən AgahMedia.Com Portalının baş yazarı Murad Süleyman bildirib ki, hətta bəzən musiqi duyumu olmayan insanlar belə muğamımızı heyranlıqla dinləyirlər.Baş yazar hesab edir ki, ən azından bir Alim Qasımov örnəyini əsas tutaraq deyə bilərik ki, hətta Azərbaycan barədə məlumatı olmayan bəzi …

Martın 19-da Misirdə referendum keçiriləcək

Martın 19-da Misirdə konstitusiyaya düzəlişlər edilməsi üçün referendum keçiriləcək. AgahMedia.Com portalının “Media forum”a istinadən məlumatına görə, bu qərarı martın 4-də Misir Silahlı Qüvvələrinin Ali Şurası bəyan edib.Misir prezidenti Hüsnü Mübarək fevralın 11-də istefa verib. Ölkədə yanvarın sonlarından başlayan, toqquşmalarla müşayiət olunan, 385 nəfər ölməsi, 5 mindən çox insanın yaralanması ilə nəticələnən xalq hərəkatı sonda onu …

Rusiyalı müğənni Azərbaycana köçüb və artıq İslam dinini də qəbul edib

Rusiyanın tanınmış müğənnisi Liliya Şelexova Azərbaycana köçüb. AgahMedia.Com portalının SİA-ya istinadən məlumatına görə, ilk dəfə 2010-cu ilin avqustun ayında Bakıda konsert verən Liliya artıq İslam dinini də qəbul edib.Müğənni indi muğamın əsaslarını öyrənərək Azərbaycan dilində və ya Azərbaycan melodiyalı mahnılar oxuyur. Liliya Şelexova Rüstəm Zeynalovun onun üçün oranjeman etdiyi “Liberan boys” mahnısını repertuarına salıb.

Britaniyada yeni media qiqant…

AgahMedia.Com portalının BBC -yə istinadən məlumatına görə, Britaniya hökuməti ölkə mətbuatını kökündən dəyişdirə biləcək media baron Rupert Murdoch tərəfindən planlaşdırılmış sazişin təsdiqlənəcəyini bəyan edib. Sazişə görə peyk yayım şirkəti British Sky Broadcasting cənab Murdoch-a məxsus “News Corporation” nəzarəti altına keçməlidir.Bu əməliyyatın dəyəri təqribən 12 milyard dollar təşkil edir. Nəticədə təsis edilən media nəhəngin gəlirləri hətta …

Bank olmayan kredit təşkilatları Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrinə qoşulacaqlar

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, Bank olmayan kredit təşkilatları (BOKT) da “Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) haqqında Qaydalar”a edilmiş yeni əlavə və dəyişikliklərə əsasən MKR-ə qoşulacaqlar. Yeni dəyişikliklər BOKT-lər tərəfindən MKR-ə təqdim ediləcək məlumatların strukturunu, verilməsi və alınması qaydalarını müəyyən edir. Qaydalara əsasən BOKT-lər hər ayın ilk dörd iş günü ərzində bütün kredit portfelini, …

Dünya Bankının Vaşinqtondakı baş ofisində Azərbaycan günləri keçiriləcək

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Dünya Bankının Azərbaycan Ofisinin təşkilatçılığı ilə 15-16 mart tarixlərində Dünya Bankının Vaşinqtondakı baş ofisində Azərbaycan günləri keçiriləcək. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, bu məqsədlə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun rəhbərliyi ilə nümayəndə heyəti Vaşinqtona səfər edəcək. 1992-ci ildən etibarən Dünya Bankı ilə Azərbaycan arasında qurulan əməkdaşlıq nəticəsində …

“İlin ən yaxşı” filmi nominasiyası üzrə Oskar mükafatı “Kral danışır!” filminə verildi

Los Ancelesdə keçirilən 83-cü Oskar nominasiyalarının təqdimat mərasimində Tom Huperin “Kral danışır!” tarixi dramı ilin ən yaxşı filmi seçilib. “İlin ən yaxşı filmi” nominasiyasına 10 ekran əsəri iddia edirdi. AgahMedia.Com portalının İctimai TV -yə istinadən məlumatına görə, “Kral danışır!” (The King’s Speech) filmi ümumilikdə 4 Oskara layiq görülüb. Bu ekran əsəri “İlin ən yaxşı” filmi …

Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsinin nəticələrini açıqlayıb. AgahMedia.Com portalının “Media forum”a istinadən məlumatına görə, açıqlamada deyilir ki, fevralın 20-də keçirilən imtahanda iştirak üçün 16510 bakalavr qeydiyyatdan keçib, onlardan 356 nəfər imtahana gəlməyib, 19 nəfəri qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. Qəbul imtahanının nəticələrini açıqlayan …

Azərbaycandakı mobil operatorlara xəbərdarlıq edilib

“Ölkə daxilində mobil operatorların göstərdiyi xidmətlərə görə tətbiq edilən qiymətlər reallığa uyğun deyil. Operatorlardan yalnız birinin tarifləri regionda orta qiymətdən aşağıdır.” AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib ki, digər 2 operatorda qiymətlərdə 3-4 dəfə fərq var. Məsələn, ölkə daxilində eyni istiqamətdə danışığın bir dəqiqəsi bir …

Kənd təsərrüfatı sahəsində lizinq şərtləri yumşaldılıb

Lizinq ilk baxışdan kreditə bənzəsə də, əslində hansısa texnika və ya avadanlığın uzun müddətə istifadəyə götürülməsi deməkdir. Bu müddətdə istifadəçi avadanlığın pulunu ödəyir. Müddət başa çatandan sonra isə onun sahibi olur. Lizinq vasitəsilə texnika və avadanlığı 2 , hətta 5 ilə də almaq mümkündür. Bankdan kredit götürəndə isə müddət maksimum 2 il olur. Bu zaman bank …

11 il əvvəl səsini itirmiş Amerikalı qadın yenidən danışdı

11 il əvvəl səsini itirmiş Amerikalı qadın nadir səs telləri transplantasiyası əməliyyatından sonra danışa bilib. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Kaliforniyada aparılmış 18 saatlıq əməliyyatdan sonra 52 yaşlı qadının zədələnmiş səs telləri dəyişdirilib. Bu tibb tarixində ikinci belə əməliyyatdır. Sabahınız xeyir, Brenda Yensenin 12 ildə dediyi ilk sözlər idi. Bu, tarixdə səs tellərinin köçürülməsi üzrə …

BMT Liviya liderinə çağırış etdi

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,BMT Təhlükəsizlik Şurasının fövqəladə yığıncağına toplaşmış beynəlxalq diplomatlar Liviya lideri Müəmmər Qəzzafi rejimini ölkəboyu hökumət əleyhinə keçirilən aksiyalara qarşı zorakılığa dərhal son qoymağa çağırıblar.Şura yaydığı mətbuat bəyanatında Liviyadakı vəziyyətdən dərin narahatlığını izhar edib. Təşkilat Qəzzafi hökumətini insanları müdafiə etmək məsuliyyətinə əməl etməyə, eləcə də insan haqları, beynəlxalq humanitar dəyərlərə hörmək …

London dünyanın ticarət mərkəzi elan edildi

Qeyri-ərzaq məhsullarının ticarət dövriyyəsinə görə dünyada ilk yerdə olan London dünya ticarətinin mərkəzi elan edilib. AgahMedia.Com portalının İ TV -yə istinadən məlumatına görə, bunu Böyük Britaniyanın pərakəndə satışın öyrənilməsi mərkəzi açıqlayıb. 2010-cu ildə Londonda qeyri-ərzaq məhsulları ilə ticarət dövriyyəsi 64,2 milyard funt sterlinq (103 milyard dollar) olub. O, reytinqdə dünyanın 22 nəhəng şəhərini geridə qoyub. …

Azərbaycanın “Eurovision-2011” təmsilçiləri məlum oldu

“Eurovision-2011” Milli Seçim Turunun nəticələri məlum olub. AgahMedia.Com portalının məlumatına görə, Almaniyanın Dusseldorf şəhərində keçiriləcək “Eurovision-2011″mahnı müsabiqəsində ölkəmizi Eldar Qasımov və Nigar Camal təmsil edəcəklər. Qeyd edək ki, “Eurovision-2011” Milli Seçim Turunun  fevralın 11-də keçirilən final mərhələsində 5 iştirakçı- Nigar Camal, İlqarə İbrahimova, Eldar Qasımov, Aynişan Quliyeva və İlhamə Qasımova yarışmalı olub.