Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə!…


AgahMedia.Com informasiya portalının Dövlət İmtahan Mərkəzindən aldığı məlumata görə, 13 dekabr 2026-cı il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək.

İmtahan Bakı və Naxçıvan şəhərlərində saat 11:00-da təşkil olunacaq.
AB və BA vəzifə qruplarına uyğun imtahan elektron formada, AC və BB vəzifə qruplarına uyğun imtahan isə kağız daşıyıcılar vasitəsilə keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 2026-cı il 12 noyabr saat 10:00-dan 30 noyabr saat 23:59-dək aparılacaq.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar)…

Yorum Gönderin

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir