Home » Sosial, Ümumi » Bakıda iki yaşayış binasının təcili sökülməsinə qərar verildi

Bakıda iki yaşayış binasının təcili sökülməsinə qərar verildi

Yasamal rayonu 5 mərtəbə kimi tanınan ərazidəki iki yaşayış binasının sökülməsinə qərar verilib.

AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, Yasamal rayon Icra Hakimiyyəti tərəfindən Mirzağa Əliyev küçəsindəki 150 və 152 saylı  binaların sakinlərinə bildirişlər göndərilib və mənzilləri təcili boşaltmaq xəbərdarlığı edilib. Bildiriş də qeyd olunub ki, binalar 1 həftə ərzində boşaldılmalıdır. Çünki, binalar son dərəcə qəzalıdır və sökülməsinə zərurət yaranıb.

İcra hakimiyyətindən sakinlərə ödəniləcək kompensasiyanın məbləği də açıqlanıb. Bildirişdə o da qeyd olunub ki, sakinlər ödəniləcək kompensasiyaya görə 42 saylı Mənzil istismar sahəsinə müraciət etsinlər.

Yasamal rayon İcra Hakimiyyətinin memarı Eyvaz Bağırov deyir ki, həmin binalar 2011-ci ildən qəzalı hesab edilir. Onun sözlərinə görə, binaların sakinlərinə mənzilin hər kvadrat metrinə 1500 manat pul ödəniləcək.

Eyvaz Bağırov bildirib ki, yaşayış binasının 1 həftə ərzində boşaldılması nəzərdə tutulub.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*