AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_MANAT_resmi

Azərbaycanda yaxın 5 ildə alimlərin əməkhaqlarının iki dəfə artırılacağı “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası”nda öz əksini tapıb. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, konsepsiyada qeyd olunub ki, maliyyələşdirmənin yaxın 5 ildə respublikanın Ümümi Daxili Məhsulunun 1%-i səviyyəsinə çatdırılması məqsədəuyğundur: Bu işin sürətlə həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin səmərəliliyin yüksək göstəricisinə malik olan alimlər qrupuna dərəcəyə görə müavinətlərin artırılması zəruridir. Dövlət qulluqçuları üçün müəyyən edilmiş hüquqların alimlərə şamil edilməsi, onların müasir tibbi xidmət və layiqli təqaüdlə təmin edilməsi vacibdir. Konsepsiyada o da qeyd olunub ki, ən çətin şərtlərlə akademiyanı və onun ənənələrini qoruyub saxlayan yaşlı nəslin nümayəndələri olan alimlər layiqli həyat və iş şəraiti ilə təmin olunmalıdır.

Yorum Gönderin

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir