Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Mənzillərin qiymətində sürətli bahalaşma müşahidə olunur

Mənzillərin qiymətində sürətli bahalaşma müşahidə olunur

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_ev_resimi

Bakının “Sovetski” adlanan ərazisində həyata keçirilən söküntülər mənzillərin sürətlə bahalanmasına səbəb olub. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, aparılan monitorinqlər göstərir ki, yaşayış təyinatlı daşınmaz əmlak bazarında qiymətlər son bir ay ərzində 2 faizdən çox artıb ki, nəticədə mənzillərin bir kv.m-nin orta qiyməti 1992 dollardan 2033 dollaradək yüksəlib. Ekspertlər isə qiymət artımının davam edəcəyini proqnozlaşdırırlar.Hələ bir neçə ay əvvəl, paytaxtın “Sovetski” adlanan ərazisində söküntülərə başlamaq qərarı veriləndə bu sahənin mütəxəssisləri tezliklə mənzillərin bahalanacağını bildirirdilər. Ekspertlər bəyan edirdilər ki, 10 minə yaxın mənzilin kompensasiya qarşılığında sökülməsi satışda olan evlərin qiymətinə təsirsiz ötüşməycək. Son aylar paytaxtın mənzil bazarında aparılan monitorinqlər göstərir ki, həqiqətən də, mənzillərin qiymətində ciddi artımlar baş verir. Bakının mənzil və torpaq bazarını araşdıran “MBA Consulting Group” şirkətinin məlumatına görə, artıq paytaxtda mənzillərin bir kv.m-nin orta qiyməti 2 min dolları ötüb. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanov isə bu qənaətdədir ki, qiymət artımı yaxın aylarda daha çox olacaq. Onun fikrincə, “Sovetski”dəki söküntülər hələ yeni başlayıb və kompensasiyalar əhaliyə tam paylanmayıb: “Söküntünün intensivləşdiyi dövrlərdə bazarda tələb artacaq ki, bu qiymətlərin daha çox artması ilə nəticələnəcək”. Ekspert belə hesab edir ki, indiki halda qiymət artımının qarşısını almaq üçün ya söküntülər dayandırılmalı, yaxud da evi sökülənlərə kompensasiya yox, ev verilməlidir.

Bakının yaşayış təyinatlı daşınmaz əmlak bazarında orta qiymət mart ayı ərzində 2,06% artaraq 1992 $/kv.m-dən 2033 $/kv.m-ə qədər yüksəlib. Bu barədə paytaxtın mənzil və torpaq bazarını araşdıran “MBA Consulting Group” şirkətindən məlumat verilib. Əmlak bazarında qiymətin sıçrayışlı artması səbəbini son vaxtlar Bakı şəhərində “Sovetski” adlanan ərazidəki evlərin sökülməsi barədə verilən qərarla əsaslandırmaq olar. 1 500-2 000 ədədə yaxın yaşayış mənzillərinin sökülmə qərarı satışda olan evlərin qiymətinə təsirsiz ötüşməyib. Digər tərəfdən isə, daşınmaz əmlak bazarındakı qiymətlərin artması son aylarda qiymətlərin daha çox artacağı ehtimallarının əhali tərəfindən qəbul olunması ilə bağlı satıcıların ehtiyatlı tərpənmələri olduğunu da demək olar.

Araşdırmalar nəticəsində məlum olub ki, ay ərzində satış portfelinin çox hissəsini ucuz evlər təşkil edib ki, bu da bazarın konyunkturası və ya tələbin xarakterindən irəli gəlir. Ümumilikdə təklif portfelində bahalı evlərin payı 44,87%-dən 3,28% artaraq 46,34%-ə düşüb, ucuz evlərin payı isə 2,67% azalaraq 55,13%-dən 53,66% olub. Bu ilin mart ayı ərzində təkrar bazarda 2 min 69 ədəd yaşayış mənzili satışda olub. Təklif portfelində köhnə mənzillərin paylarının azalması əsasən “Alman”, “Eksperimental”, “Kiyev”, “Stalinka” və “Xruşovka” layihəli binalarda müşahidə olunub. Ay ərzində təkrar mənzil bazarında orta qiymətlərin artması mövsümi ayların davamı və təklif portfelində struktur dəyişikliyin nəticəsi olub. Bununla belə, bahalı mənzillərin orta qiymətləri ötən ay ilə müqayisədə 1,51%, ucuz evlərin qiymətləri isə 1,17% artımla yadda qalıb.
Bazarda qiyməti 85-95 min dollar arasında olan mənzillər ümumi portfeldə ən çox paya, yəni 38,5%-ə malikdir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*