Home » Sosial, Təhsil sektoru, Ümumi » II ixtisas qrupu üzrə ali məktəblərə keçirilmiş qəbul imtahanının nəticələri burda

II ixtisas qrupu üzrə ali məktəblərə keçirilmiş qəbul imtahanının nəticələri burda

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_TQDK_LOGO

AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən məlumatına görə, 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə avqustun 3 – də keçirilmiş qəbul imtahanının nəticələri məlum olub.
İmtahan nəticələri və cavab kartının qrafik təsviri ilə bu linkdə tanış ola bilərsiniz. >>> http://www.tqdk.gov.az/netbak/

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

II ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:
Ümumi balı 150 – dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan;
Dövlət sifarişli ixtisasların müsabiqəsində ümuni balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan.
Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 23052 abituriyentdən 718 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən 22334 abituriyentdən 34 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir. Ən yüksək nəticə – 690 bal olmuşdur.
İxtisas seçimi avqustun 6 – dan avqustun 15-dək internet vasitəsilə aparılacaq.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*