Home » Bölgələr, Sosial, Təhsil sektoru, Ümumi » Qiyabi təhsil üzrə qəbul 2015-ci ildən dayandırılacaq

Qiyabi təhsil üzrə qəbul 2015-ci ildən dayandırılacaq

AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, Milli Məclisin Elm və təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev deyib ki, Azərbaycanın ali təhsil müəssisələrində qiyabi təhsil üzrə qəbul 2015-ci ildən dayandırılacaq. Bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək. O vaxta kimi qiyabi təhsil tədricən distant təhsillə əvəz olunacaq. Şəmsəddin Hacıyevin sözlərinə görə, keçmiş SSRİ ölkələri istisna olmaqla, dünyanın heç yerində qiyabi təhsil yoxdur, yalnız distant təhsil var. Bizdə qiyabi şöbələrə qəbul olunan sonuncu şəxslər təhsillərini başa vurduqdan sonra – 2015-ci ildən etibarən bu prosesi tədricən həyata keçirmək olar. Təhsil Nazirinin qiyabi təhsil alanların pedaqoji fəaliyyətinə qoyduğu qadağaya da münasibət bildirən millət vəkili deyib ki, bu, birbaşa icraedici orqanın səlahiyyətində olan prosesdir, qanunvericiliyə heç bir aidiyyəti yoxdur.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*