Qüdrət Həsənquliyev: Əhmədinejadın müsəlman olmağı yadından çıхıb
|
|
«İran prezidentinin Ermənistana səfəri zamanı müsəlman olmağı yadından çıхıb. Müsəlman məscidlərini donuz damına çevirən Sərkisyanla ağız-ağıza öpüşəndə müsəlman olmağı yadına düşmür». AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, bunu deyən millət vəkili Qüdrət Həsənquliyevin sözlərinə görə, İran prezidenti bir milyon müsəlmanı evindən qovmuş, Xocalı soyqırımının törədilməsində birbaşa iştirak etmiş Sərkisyanı bağrına basıb, dodaq-dodağa öpüşür. Fransa ssenatı da eyni ssenari üzrə hərəkət edir. Məsələn, Napoleon Moskvanı yandırıb, bütün Avropanı işğal elədi. Amma Parisdə ona böyük movzoley tikiblər. Napoleonla Hitlerin fərqi nədir, o da Avropanı tutub, bu da. Əslində bu məsələdə böyük bir fransız şovinizmi var və bu müharibələri, işğalı stimullaşdırır».
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒