Home
» Biznes sfera və iqtisadiyyat, Ümumi » Beynəlxalq Valyuta Fondu Azərbaycan hökuməti ilə birgə “Məlumatların yayımlanmasının ümumi standartları” mövzusunda seminar keçirir
Beynəlxalq Valyuta Fondu Azərbaycan hökuməti ilə birgə “Məlumatların yayımlanmasının ümumi standartları” mövzusunda seminar keçirir
|
|
Beynəlxalq Valyuta Fondu (BVF) statistik məlumatların yayılmasının xüsusi standartlarına (SDDS) cavab verməkdə maraqlı olan ölkələr üçün seminarlar təşkil edir.
Növbəti belə seminarlardan biri Azərbaycan hökuməti ilə müştərək olaraq həyata keçirilir. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə,sentyabrın 21-23 tarixlərində “Məlumatların yayımlanmasının ümumi standartları” (GDDS) mövzusunda keçirilən seminara Yaxın Şərq və Orta Asiyadan olan mütəxəssislər, eyni zamanda Mərkəzi Bankın Statistika departamentinin əməkdaşları dəvət olunublar. Seminarın keçirilməsində əsas məqsəd iştirakçılara Məlumatların Yayılmasının Xüsusi Standartları haqqında məlumat vermək, mövcud GDDS sistemindən SDDS standartlarına keçid üçün fəaliyyət proqramlarını hazırlamağı öyrətməkdir. Üç gün davam edəcək seminarda iştirakçılar BVF-nin nümayəndə heyəti ilə də müzakirələr aparmaq imkanı əldə edəcəklər.
Bu kontentin portalımızda yayınladığı tarix : 23/09/2010
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒