Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Eurovision-2011” milli seçim turu başladı

“Eurovision-2011” milli seçim turu başladı

Eurovision Mahnı Müsabiqəsinin Azərbaycan üzrə təşkilatçısı və yayımçısı olan İctimai Teleradio 2011-ci ildə Almaniyada keçiriləcək növbəti müsabiqədə ölkəmizi təmsil edəcək ifaçını müəyyən etmək üçün milli seçim turuna start verib.
Müsabiqə tam olaraq Eurovision mahnı yarışmasının qaydalarına və tələblərinə uyğun aparılacaq. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaq. Yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənlər müsabiqəyə qatıla bilər. Müsabiqə iştirakçıları gözəl səsi, rəqs etmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidir. Bütün müraciət edənlər arasından yalnız 100 nəfər seçim turuna buraxılacaq. Milli seçim turunda iştirak etmək istəyənlər oktyabrın 5-dən 15-dək Şərifzadə küçəsi 241 ünvanında yerləşən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Təşkilat Komitəsinə müraciət edə bilərlər. Hər bir iştirakçı 3 ədəd müxtəlif rakursdan çəkilmiş şəkil, şəxsiyyət vəsiqəsinin surətini və tərcümeyi-halını əks etdirən xüsusi anketi təqdim etməlidir.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*