Madonnanın yeni biznesi
|
|
“Los Angeles Times” qəzetinin musiqi bloqunda xəbər verilir ki, Madonna fitnes- mərkəzləri şəbəkəsi açmaq niyyətindədir. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, Birləşmiş idman sağlamlıq klubları şəbəkəsi “Hard Candy” (Karamel) adlanacaq. “Hard Candy” pop-müğənninin 2008-ci ildə buraxılmış 11-ci studiya albomunun adıdır. Klublarda interyerindən tutmuş məşğələlər üçün musiqilərin seçiminədək hər şey Madonnanın zövgünü əks etdirməlidir. Gözlənildiyinə görə, ilk belə fitnes-klub şəbəkəsi noyabrın 29-da Meksikada açılacaq. Sonra sağlamlıq mərkəzləri Argentina, Braziliya və bir neçə Avropa və Asiya ölkələrində fəaliyyət göstərəcək.
Madonnanın fitnes-klublar açması onun əsas işinə dəxli olmayan ilk layihəsi deyil. Belə ki, bundan əvvəl müğənni özünü uşaq yazarı, model, kinorejissor və dəbli dizayner qismində də sınayıb.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒
