Amerikada ən arzuolunan iş yerləri siyahısında Google liderdir
|
|
ABŞ məzunları iş yerinin axtarılması zamanı İT-korporasiyaları maliyyə təşkilatlarından daha üstün tutur. Bunu Universum analitik şirkətinin hazırladığı 100 ən arzuolunan iş yeri siyahısı təsdiq edir, BMF.RU yazır.
Reytinqdə birinci yeri artıq beşinci dəfədir ki, Google korporasiyası tutur. Universum-un meneceri, siyahını tərtib edən Karl-Yohan Hasselstromun sözlərinə görə mühəndis və texnoloji şirkətlər bu sahədə bank və digər maliyyə müəssisələrindən maliyyə böhranlarına daha davamlı olduqları hesabına üstün gəliblər. ABŞ-da gənc iş axtaranlar şirkətlərin məhz bu xüsusiyyətlərini daha çox nəzərə alır.
AgahMedia.Com portalının Rabitə Və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, Reytinqin ikinci pilləsində McKinsey məsləhətçi şirkəti yer alıb. İlk üçlüyü isə Apple tamamlayır.
İlk onluqda internet bazarın daha iki nəhəngi yer alıb. Belə ki, reytinqin 7 və 8-ci yerlərində müvafiq olaraq Facebook və Amazon.com qərarlaşıb.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒