“Eurovision” təmsilçilərimiz Türkiyədə mükafatlandırıldı
|
|
Türkiyədə keçirilən “Sevgi, Barış, Dostluq, Mədəniyyət və Sənət” festivalında qaliblərimizə təqdim olunan mükafat iki ölkə xalqlarının birliyini bir daha sübut edən bir amil kimi qiymətləndirilib. AgahMedia.Com portalının “Azadİnform”-a istinadən məlumatına görə, 18-ci dəfə Zonquldak bölgəsinin Ərəgli vilayətində təşkil olunan festivalda “Running Scared” mahnısını ifa etdikdən sonra Eldar və Nigar ərəglilərə “Sizləri çox sevirik, türkiyəli qardaşlarımız” sözləri ilə müraciət ediblər. Daha sonra media mənsublarının suallarını cavablandıran və yaxın vaxtlarda yenidən Türkiyədə olacaqlarını, yeni mahnılarla və layihələri ilə türk xalqının qarşısına çıxmaq istədiklərini diqqətə çatdıran cütlük türklərə hələ sürprizlərinin olacağını bildiriblər: “Biz Türkiyəni və türk insanlarını çox sevirik. Burada duet oxumaq istədiyimiz sənətçilər də var. Amma onların kim olduğunu açıqlamayacağıq. Yaxın zamanlarda sizlər də görəcəksiniz”.
Bu kontentin portalımızda yayınladığı tarix : 12/07/2011Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒
