“TechCrunch” resursunun verdiyi məlumata görə, “Facebook” yaxın günlərdə “Skype” xidməti ilə birgə videoçat funksiyasını təqdim edəcək. Yeni xidmət brauzerdə işləsə də, stolüstü komponent şəkildə də istifadəyə veriləcək.
AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, “Facebook” un yaradıcısı Mark Sukerberq sosial şəbəkənin yeniliyi haqda rəsmi açıqlamanı iyulun 6-da Sietlda (ABŞ) keçirilən konfransda elan edəcək. Lakin bu xidmətdən “Skype”-da qeydiyyata alınmamış ziyarətçilərin istifadəsinin mümkün olub-olmaması hələlik məlum deyil. Ancaq istehsalçılar ümid edirlər ki, yenilik “Skype” –a auditoriyanın cəlb olunmasına yardım edəcək. Qeyd edək ki, hazırda “Skype” xidmətinin 170 milyon ziyarətçi istifadə edir.
