Home » Maraqlı, Ümumi » 35 dollara noutbuk…

35 dollara noutbuk…

AgahMedia.Com portalının İ TV -yə istinadən məlumatına görə, Hindistanda 35 dollarlıq noutbuk yaradılıb.

Hindistanın Texnologiya və Elm İnstitutunun alimləri dünyanın ən ucuz sensor ekranlı noutbukunu icad edib. Bu qiymətə həm prosessor, yaddaş, ekran, çip və s. əşyaları da daxildir. Bu haqda Hindistanın insan resursları naziri Kapil Sibal xəbər verib.Cihazın ölçüsü adi noutbukdan fərqlənmir. O standart funksiyalarla, 2 qiqabaytlıq (2 Qb) yaddaşı , WiFi- modul, USB- çıxışı, bundan əlavə internetdən sərbəst istifadə imkanları ilə təchiz edilib. Kompyuter Linux əməliyyat sistemi ilə işləyir.Noutbuk əsasən tələbələr üçün nəzərdə tutulub. Satışa 2011-ci ildə buraxılacaq. Hindistanın insan resursları naziri Kapil Sibal söz verib ki, nazirlik bu noutbukun yaradıcıları ilə kütləvi istehsalına dair danışıqlar aparır. Məqsəd bu cihazın qiymətini 20 dollara, ən son isə 10 dollara salmaqdır.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*