Home » Beynəlxalq, Siyasət, Ümumi » Yerevanda növbəti etiraz aksiyası keçirilib

Yerevanda növbəti etiraz aksiyası keçirilib

AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, Ermənistan hökumət binası qarşısında Kacaran kənd sakinlərinin müdafiəsi aksiyası keçirilib.Aksiya iştirakçıları kənd icmasının torpaqlarını mis-molibden kombinatının istifadəsinə verilməsinə qarşı etiraz edirlər.
Ermənistan hökumət binası qarşısına toplaşan 20-yə qədər ekoloji hərəkat fəalları Sünik vilayətinin bəzi, o cümlədən, Kacaran kəndinin ərazilərini mühüm ictimai maraq kəsb etməsi və onların “Zəngəzur mis-molibden kombinatı” qapalı səhmdar cəmiyyətinə icarəyə verilməsi haqqında hökumətin 28 aprel 2011-ci il tarixli qərarını etibarsız tanımağı tələb edirlər.
Nümayiş iştirakşıları əllərində “Yaşıl, təmiz, sağlam Ermənistan” və, prezident Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının “İrəli Ermənistan!” şüarlarına işarə edərək, “İrəli mədənistan!”, “Ermənistan mənəm, Ermənistan sənsən, Ermənistan sizsiniz” plakatlar tuturdular.
“Bu torpaqların mədən kimi istifadə olunması kəndin normal həyatını pozar. Bu, sərhədyanı 130 evlərin 300 sakininin kəndi tərk etməsinə gətirər”, – deyib ekoloq Apres Zohrabyan.
Onun sözlərinə görə, qərar altı ay bundan qabaq qəbul olunub, və bu günlər müvafiq idarələr onun istifadəsinə başlamaq istəyiblər, lakin sakinlər əraziyə yeridilən texnikanın yolunu kəsiblər.
Zohrabyan alınan torpaqlar müqabilində kənd sakinlərinə müvazinət verilmədiyini bildirib: “Sakinlərə torpaq əvəzində verilən pul gülünc doğurur – 12 min dram (təxminən 30 dollar). Kəndi rəsmən köçürürmülər, lakin kəndilər mədənin yaxınlığında daha yaşaya bilməyəcəklər”.
İctimai fəallardan Mariam Suxudyan dağ mədən sənayesinin cəmiyyətin deyil, bir neçə şəxsin mənafeyinə xidmət edir. “Biz kənd icma hakimiyyəti başçısı ilə danışmışıq. Onu hədələyiblər, onun həyatı təhlükə altındadır, lakin kəndlilər sona dək mübarizə etməyə hazırdırlar. Lakin sonra icma başçısını polisə aparıb bir neçə saat saxlayıblar. Bundan sonra o, hər şeyi inkar edir, deyir ona heç nə olmayıb. Bİz başa düşdük ki, təzyiqlər davam edir”, – deyib jurnalistlərə Mariam Suxudyan.
Kacaran kənd icma başçısı Rafik Atayan da icma torpaqlarının Zəngəzur mis-molibden kombinatına verilməsinə qarşı çıxış edib. O, bu haqda sənəd imzalamaqdan imtina edib və hakim Respublikaçılar Partiyası üzvlüyündən çıxmaq haqqında ərizə verib.
Daha əvvəl Ermənistan təbiətin müdafiəsi müfəttişliyi Zəngəzur mis-molibden kombinatının 50 ton istehsalat tullantılarının Voxçi çayına tökülməsi nəticəsində ətraf mühitə təxminən 1,8 min dollar məbləğində ziyan vurulduğunu aşkar edib və kombinatı 100 min dram (təxminən 262 dollar) məbləğində cərimə etdiyini bildirmişdi.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*