Türkiyənin biznes liderləri Fransaya xəbərdarlıq etdilər
|
AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, Türkiyənin biznes liderləri bazar günü Fransaya xəbərdarlıq ediblər ki, “erməni soyqırımı”nı danmağı cinayət hesab edən qanun qəbul olunarsa, bu, iki ölkə arasında ticarət əlaqələrinə dağıdıcı zərbə olacaq.
“Əgər bu qanun qəbul olunarsa, iqtisadi və ticarət əlaqələrinə ciddi zərbə vuracaq” – Türkiye Palatalar və Birjalar Birliyinin (TOBB) sədri Rufat Hisarcıklıoğlu Frans Press agentliyinə deyib.
Əgər fransalı qanunvericilər cümə axşamı qanunu qəbul edərlərsə, türklərin fransız mallarını boykot edəcəyi təhlükəsi var. Türkiyədə 960 fransız şirkəti fəaliyyət göstərir.
“TOBB-un belə bir hərəkata təşəbbüs göstərməsi ağlasığmazdır. Fransız şirkətləri bizim üzvlərimiz arasındadır və biz onların maraqlarını qoruyuruq. Amma Türkiyənin əhalisi gəncdir və boykot çağırışları sosial şəbəkələri saracaq” – deyib Rufat Hisarcıklıoğlu.
Rəsmi rəqəmlərə görə, Fransa və Türkiyə arasında ikitərəfli ticarət 2010-cu ildə 17 faiz artaraq 11.6 milyard avroya çatıb.
Əgər qanun qəbul olunarsa, Fransa ərazisində qondarma erməni soyqırımını danan hər kəsi bir ilədək həbs cəzası və 45 min avro cərimə gözləyəcək.
Türkiyə soyqırım ifadəsini qəbul etmir və deyir ki, 300-500 min arasında erməni, türklərlə bərabər Osmanlı imperiyası zamanında ölüb.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒