Home » Beynəlxalq, Siyasət, Ümumi » Türkiyədəki seçkilərin qalibi Ədalət və İnkişaf Partiyası oldu

Türkiyədəki seçkilərin qalibi Ədalət və İnkişaf Partiyası oldu

Türkiyədə iyunun 12-də keçirilmiş parlament seçkisinin nəticələri açıqlanıb. 2002-ci ilin noyabrından hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası 550 yerlik parlamentdə 326 mandatla təmsil olunacaq. Partiya seçicilərin 49,50 faizinin dəstəyini qazanıb. Ədalət və İnkişaf Partiyası təkbaşına hökumət qurmaq hüququ əldə edib. AgahMedia.Com portalının “Mediaforum”-a istinadən məlumatına görə, əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası 25,91 faiz səslə 135 deputat yeri götürüb. Milliyyətçi Hərəkat Partiyası 53 mandatla üçüncü olub. MHP seçicilərin 12,99 faizindən səs ala bilib. 36 mandat namizədliyini müstəqil şəkildə vermiş şəxslərə qismət olub. Onların içində kürdlərin qurduğu Barış və Demokratiya Partiyasının təmsilçiləri də var.
Əvvəlki parlamentdə Ədalət və İnkişaf Partiyası 332, Cümhuriyyət Xalq Partiyası 101, Milliyyətçi Hərəkat Partiyası 71 deputatla təmsil olunurdu.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*