Rus şirkəti 2016-cı ildə kosmosda otel istifadəyə verməyi planlaşdırır
|
Rusiyanın kosmik araşdırmalarla məşğul olan özəl şirkətlərindən biri açıq kosmosda otel yaratmaq niyyətindədir. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, “Orbital texnologiyalar” şirkəti bu oteli 2016-cı ildə istifadəyə verməyi planlaşdırır. Kommersiya Kosmik Stansiyasında (otel belə adlanacaq) yeddi kosmik turist üçün otaqlar nəzərdə tutulub. Bu otaqların illüminatorundan yerin bənzərsiz və cazibədar mənzərəsi görünəcək.
Oteldə istirahət ucuz başa gəlməyəcək. Böyük ehtimalla, uçuşun qiyməti 410 min dollar, 2 günlük istirahət haqqı isə 166 min dollar olacaq. “Orbital texnologiyalar” şirkətinin qonaqları müxtəlif təamlardan dadacaqlar. Amma alkoqollu içkilərdən istifadə onlar üçün qadağ ediləcək.
“Proqress” və “Soyuz” gəmilərinin xidmət göstərəcəyi otel təkcə istirahət üçün nəzərdə tutulmayıb. Burada elmi araşdırmalar da aparılacaqdır.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒