Home » Maraqlı, Texno, Ümumi » Roma Papası Twitterdə

Roma Papası Twitterdə

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Roma Papası XVI Benedikt Vatikan xəbər və məlumat portalını işə salmaq üçün dini xidmətdə 60 illik yubileyi günü öz ilk Twitter mesajını göndərib. Onun mesajında deyilir: “Əziz dostlar, mən indicə News.va saytına start verdim. İsa Peyğəmbərə salam olsun! Xeyir-dualarımla, XVI Benedictus”. 84 yaşlı Papa portalı aktivləşdirmək və tvit göndərmək üçün iPad-dən istifadə edib. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Vatikan indi xristian mesajlarını yaymaq üçün Twitter, Facebook və YouTube saytlarından istifadə edir. Onun Twitter hesabında 33 mindən artıq izləyicisi var, ancaq özü heç kəsi “izləmir”. Vatikanın yayımladığı şəkillərdə göstərilir ki, Roma Katolik lideri masa arxasında əyləşib və rəsmilər ona tablet kompüterdən istifadəyə kömək edir. Papanın ilk tvitlərinə reaksiya verən bəzi Twitter istifadəçiləri iPad haqqında zarafatlar ediblər və Papanın sponsoru olub-olmadığını soruşublar. Çikaqodan Shanna Quinn adlı bir istifadəçinin tvitində deyilir: “Papa Twitterdədir. Yəqin bu o deməkdir ki, mənim anam da tezliklə Twitterdə olacaq”.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

*