Home » İslam, Ümumi » Ramazan ayında baş vermiş tarixi hadisələr

Ramazan ayında baş vermiş tarixi hadisələr

Ramazan ayı xatirələrlə dolu olan mübarək bir aydır. Bu ayda islam dünyası həm xoş, həm də hüznlü günlər yaşamışdır. Elə buna ğörə də bu ay həm Allah , həm də bəndələri üçün cox dəyərlidir.
Hicrətin 9- cu ili Ramazan ayının 1- də Tabuk müharibəsi baş verdi. Bu müharibəyə Fazihə də deyirlər. Çünki Əqəbədə Peyğəmbəri (s) öldürmək istəyənlər və Mədinə münafiqləri rüsvay olmuşdular. Tabuk müharibəsində iştirak edən ordu “Ceyşul-Usrət “ adlanır. Çünki müsəlmanlar çətinlik və çoxlu zəhmətlə, məhsulun yığım vaxtında müharibəyə getmişdilər. Tabukda döyüş baş vermədi. Həzrət Muhəmməd (s) ordu ilə bərabər Mədinəyə qayıtdı.
Hicrətin 200- cü ili Abbasilər xəlifəsi Məmun İmam Rzaya (ə) məktub yazıb onu öz vəliəhdi təyin etmək üçün Mərvə çagırdı. Hicrətin 201- ci ili ramazan ayının 1- də insanlar İmam Rzanın (ə) vəliəhdliyini qəbul edərək ona beyət etdilər.
Həzrət Xədicənin (ə) vəfatı. Həzrət Xədicə (ə) Peyğəmbərin (s) ilk həyat yoldaşı olub. Xədicənin (ə) sağlığında Peyğəmbər başqa qadınla evlənmədi. İslamı qəbul edən ilk xanım olmaqla yanaşı Rəsulullaha (s)
ən yaxın şəxslərdən idi. Onun fəziləti barədə təkcə onu demək kifayətdir ki, Peyğəmbərin bütün nəsli, o cümlədən Hz. Fatimə(ə) bu xanımdandır.
Hicrətin 67-ci ili Muxtar İbn Əbu Ubeydə Səqəfi şəhadətə çatıb. Onun qəbri Kufə Məscidinin kənarında Həzrət Müslimin (ə) qəbrinin yanındadır.
Hicrətin üçüncü ili imam Həsən (ə) Mədinə şəhərində dünyaya göz açmışdır. Dünyaya gəldikdən bir neçə gün sonra Həzrət Fatimə (ə) İmam Həsəni (ə) Allahın Rəsulunun (s) yanına gətirdi. O Həzrət (s) uşağın adını Həsən qoydu və ona qurbanlıq olaraq bir qoyun kəsdi.
Rəsulallaha (s) Peygəmbərlik verildikdən beş il sonra, bu ayda merac səfərinə gedib. Meracın baş verməsinə inanmaq islamın zəruri inamlarındandır. Quranın ayələrindən və məşhur hədislərdən sübut olunur ki, Allah-Təala Həzrət Rəsulu (s) bir gecə içində Məkkədən Məscidul Əqsaya, oradan da səmalara, Sidrətul müntəhaya və Ərşi Əlaya apardı.
Hicrətin ikinci ili ramazan ayının 17-də cümə günü Bədr döyüşü baş verıb. Bu döyüş Məkkə müşrikləri ilə müsəlmanlar arasında baş vermişdir. Döyüşdə müsəlman ordusunda 313 nəfər iştirak edirdi .Onlardan 9 və ya 14 nəfəri şəhid oldu. Müşriklər isə 950 nəfər idi. Onlardan 70 nəfəri öldürüldü, 70 nəfəri isə müsəlmanlar tərəfindən əsir götürüldü.
Hicrətin 40-cı ili ramazan ayının 19-da Kufə məscidində Sübh namazı vaxtı Həzrət Əli (ə) məlun İbn Mülcəm adlı şəxs tərəfindən zərbətləndi.
Hicrətin 8-ci ili Məkkə şəhəri Peygəmbərimizin (s) rəhbərliyi ilə müşriklərdən alınaraq İslam dünyasının mərkəzi kimi elan edildi.
Hicrətin 40-cı ili ramazan ayının 21-i səhərə az qalmış Həzrət Əli (ə) aldıgı zəhərli qılınc yarasından 63 yaşında şəhid oldu.
Tarixdə ramazanın 19, 21, 23, 27 –ci gecələri əhya (qədr) gecəsi kimi qeyd olunur. Bu gecələrin biri Qurani- Kərimin ilk naziliyyat gecəsidir.
Beləliklə, bu ayda baş vermiş sadaladığımız bəzi cahanşümul hadisələr ramazan ayının Allah yanındakı dəyərinin bariz nümunəsidir ki, Allah-Təala məhz bu ayı öz ayı kimi qərar vermişdir.

Bəxtiyar Nəcəfov

İstinad Mənbəyi: Qafqaz Müsəlmanları İdarəsi

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*