Obama və Medvedev Qarabağ məsələsini müzakirə etdilər
|
İyulun 11-də ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,söhbət zamanı dövlət başçıları regional məsələlərin həllinə yardım məqsədilə fəaliyyətin koordinasiyasını müzakirə ediblər. O cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları müzakirə edilib.ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərləri kimi Dmitri Medvedyev və Barak Obama Qarabağ nızamlanmasına dair vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Amerikalı prezident Rusiyalı həmkarının bu istiqamətdə, o cümlədən, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşü ilə bağlı göstərdiyi səyləri dəstəkləyib.
Hər iki tərəf Bakı və Yerevanın problemin dinc yolla həlli axtarışına yardım məqsədilə koordinasiya olunmuş addımlar atmaq niyyətində olduqlarını bildirib.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒