Home
» Şou biznes və Mədəniyyət, Ümumi » Murad Süleyman: Muğam Azərbaycanı “Eurovision”da 1-ci edə bilər
Murad Süleyman: Muğam Azərbaycanı “Eurovision”da 1-ci edə bilər
|
“Milli Muğamımız Azəbaycanın “Eurovision” mahnı müsabiqəsində əsas mükafatı qazanması üçün vazkeçilməz sayıla bilər.” Bu sözləri deyən AgahMedia.Com Portalının baş yazarı Murad Süleyman bildirib ki, hətta bəzən musiqi duyumu olmayan insanlar belə muğamımızı heyranlıqla dinləyirlər.
Baş yazar hesab edir ki, ən azından bir Alim Qasımov örnəyini əsas tutaraq deyə bilərik ki, hətta Azərbaycan barədə məlumatı olmayan bəzi əcnəbilər belə muğamın sehri ilə ölkəmiz barədə mümkün qədər daha çox informasiya toplamağa can atırlar.
“Bildiyimiz kimi Eurovision mahnı müsabiqəsində əsas mükafatı əldə etmək üçün ən önəmlisi yadda qalan və digərlərindən seçilə bilən musiqi və və eyni zamanda performans sərgiləmək bacarığıdır.”- deyən Murad Süleyman düşünür ki, milli muğamımız özünəməxsusluğu və onu ifa edənin seçkin performansını özündə cəmləşdirdiyindən Azərbaycanın “Eurovision”da 1-ci yerə sahib ola bilməsi için böyük avantaj təmin edə bilər.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒