Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Muğam müsabiqəsi–2011” in qaliblərinin adları açıqlandı

“Muğam müsabiqəsi–2011” in qaliblərinin adları açıqlandı

İyunun 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə dörd ay davam edən “Muğam müsabiqəsi–2011”-in final mərhələsi keçirilmişdir.
AgahMedia.Com portalının “AzerTac” agentliyinə istinadən məlumatına görə, gecədə bu möhtəşəm musiqi bayramında Azərbaycan muğam sənətinin qorunub saxlanılmasında, təbliğində və inkişaf etdirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, muğam sənəti sahəsində yeni istedadların üzə çıxarılmasında Heydər Əliyev Fondunun böyük rolu olmuşdur. Bundan əvvəlki televiziya muğam müsabiqəsinin iştirakçılarının sədası indi təkcə Azərbaycanın deyil, dünyanın möhtəşəm səhnələrindən, beynəlxalq musiqi məclislərindən gəlir.
Bir daha diqqətə çatdırılmışdır ki, cari il fevralın 14-də Beynəlxalq Muğam Mərkəzində “Muğam müsabiqəsi-2011”-in startı verilmişdir. Həmin gün “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin bazasında fəaliyyət göstərəcək yeni “Mədəniyyət” telekanalının da açılışı, sözün əsl mənasında bayramı bayrama qatmışdır.
Müsabiqənin final mərhələsinə çıxmış 6 gənc ifaçı – Nigar Şabanova, Ariz Hüseynov, Kamilə Nəbiyeva, Məmməd Nəcəfov, Səbinə Ərəbli və Mirələm Mirələmov tamaşaçılar və münsiflər heyəti qarşısında bir daha imtahan vermişlər.
Sonra müsabiqənin qaliblərinin adları elan olunmuş və mükafatlandırma mərasimi keçirilmişdir. “Muğam müsabiqəsi – 2011”-in iştirakçılarından 14 nəfərinə diplomlar təqdim edilmişdir. İştirakçılardan Mustafa Mustafayev “Tamaşaçıların rəğbəti” mükafatına layiq görülmüş və ona üzərində müsabiqə təşkilatçılarının emblemi olan qaval hədiyyə olunmuşdur.
Müsabiqənin münsiflər heyətinin yekdil qərarı ilə Mirələm Mirələmov və Səbinə Ərəbli birinci, Məmməd Nəcəfov, Kamilə Nəbiyeva ikinci, Ariz Hüseynov və Nigar Şabanova üçüncü yerləri tutmuşlar.
Qaliblərə diplomlar və Azərbaycanın musiqi alətlərinin rəmzi simvolları olan qiymətli xatirə hədiyyələri təqdim olunmuşdur.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*